Yevlaxda TENDER OYUNBAZLIĞI... -


Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Teref.az yeniavaz.com-a istinadən bildirir ki, tenderin nəticəsinə əsasən "MMB Holding” MMC (VÖEN- 1805842231) Yevlax şəhər İcra Hakimiyyətinin sifarişi əsasında Heydər Əliyev prospektində abadlıq işləri görəcək və görüləcək işlər üçün 48 min 858 manat alacaq.
Məlumat üçün bildirək ki, "MMB Holding” MMC ötən ay Gəncə Dövlət Universitetinin abadlıq və cari təmir işlərinin görülməsi məqsədilə keçirdiyi tender müsabiqəsində də qalibi olub və qeyd olunan işlər üçün 99 min 200 manat 76 qəpik alacaq.
Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, qalib şirkət tender elanından cəmi 8 gün (iş günü) əvvəl dövlət qeydiyyatına alınıb. Belə ki, nizamnamə kapitalı 10 manat olan "MMB Holding” MMC 6 may 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Gəncə Dövlət Universiteti isə tender elanının 16 may 2022-ci il tarixində elan edib.
Hüquqi ünvanı Bakı şəhəri, Sabunçu r., Balaxanı ŞTQ, Nemət Bəşir, ev 20-də yerləşən şirkətin qanuni təmsilçisi Mahmudov Baxış Ənvər oğludur. Şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Məlumat üçün onu da qeyd edək ki, tender keçirən qurumun - Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Aqil oğlu Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.
Anar Tağıyev 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010-2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-2019-cu illərdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. 2019-cu ilin oktyabr ayından Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər