ƏHMƏDZADƏLƏRIN TALADIĞI QAX… — MUSA ŞƏKILYEV VƏZIFƏLƏRI, PULLARI QOHUMLARI ARASINDA PAYLAŞDIRIR
Qax rayon İcra Hakimiyyətinin Başçısının Qax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqənin qalibi “Quality Repair” MMC (VÖEN-4300723501) adlı şirkət olub.
Müsabiqənin şərtlərinə görə, “Quality Repair” şirkəti Qax şəhərinin küçə və prospektlərində rəngləmə, Şəki-Qax-Zaqatala yolunun şəhər ərazisindən keçən hissəsində və parklarda abadlıq quruculuq işləri görəcək. Qeyd olunan işlər üçün “Quality Repair” MMC-yə 136 min 326 manat 64 qəpik ödəniləcək.
Məlumat üçün bildirək ki, müsabiqənin qalibi olan “Quality Repair” MMC cəmi 5 ay əvvəl – 30.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, bu “Quality Repair” MMC –nin qalib gəldiyi ilk tender müsabiqəsi deyil. 10 gün əvvəl “Quality Repair” MMC Qax rayon İcra Hakimiyyətinin inzibati binasının təmiri üçün keçirilən tender müsabiqəsinin də (kotirovka sorğusu) qalibi olub. İcra Hakimiyyəti inzibati binanın təmiri üçün “Quality Repair” MMC-yə 9 min 987 manat 54 qəpik ödəniləcək.
Qeyd edək ki, «Dövlət satınalmaları haqqında» Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Onu da bildirək ki, bugünə kimi bir-çox dövlət qurumlarının elan etdiyi tenderlərin qalibləri bir-neçə ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan şirkətlər olub.
Məlumat üçün qeyd edək ki, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyevdir. Musa Şəkiliyev bu vəzifəni 2010-cu ildə xalası oğlu Mübariz Əhmədzadədən “təhvil alıb”.
Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev həm də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xalası oğludur.
Musa Şəkiliyev başçı olduğu Qax rayonunda onun yaxın ətrafı həm geniş biznes fəaliyyətilə məşğul olur, həm də yüksək vəzifələr daşıyırlar.
2013-cü ilə kimi Qax Mərkəzi Xəstəxananın baş həkimi Musa Şəkiliyevin xalası oğlu və eyni zamanda Əhməd və Mübariz Əhmədzadələrin qardaşı olan Fərman Əhmədzadə olub. Fərman Əhmədzadə 2013-cü ildə vəfat etdikdən sonra onun yerinə oğlu, yəni Musa Şəkiliyevin xalasının nəvəsi Tərlan Əhmədzadə “təyin olunub”.
Musa Şəkiliyevin digər bir xalasının nəvəsi — Vüqar Əhmədzadə isə DSMF Qax rayon şöbəsinin müdiridir.
Musa Şəkiliyevin qardaşı Eldəniz Şəkiliyev isə rayonun ən böyük təsərrüfat müəssisələrindən biri olan (Nİzamnamə kapitalı 507 min 384 manat) “Qax-Tütün” ASC-nin sahibidir. Musa Şəkiliyevin 2014-cü ildə imzaladığı sərəncama əsasən qardaşı Eldəniz Şəkiliyevin şəhərin Aydın Məmmədov küçəsində ümumi sahəsi 2144,7 kv. metr olan kafe tikib.
Bundan başqa rayonda Musa Şəkiliyevin xalasi oğlu və hazırda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı olan Mübariz Əhmədzadənin adına rəsmiləşdirilən 54 700 kv. metr olan istirahət mərkəzi (Qaxbaş kəndi) fəaliyyət göstərir. Qaxbaş kəndində Mübariz Əhmədzadənin oğlu Çoşqun Əhmədzadənin sifarişi əsasında 2 ədəd yaşayış evi də inşa olunub. Çoşqun Əhmədzadə Dövlət Gömrük Komitəsi sədrinin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilib.
Qaxbaş kəndi həm də Musa Şəkiliyevin digər bir xalası nəvəsi Cuma Əhmədzadənin (Əhməd Əhmədzadənin oğlu) şirkətlərinin qeydiyyatda olduğu kənddir. Eyni zamanda Mərkəzi Bankın sədri Elman Rüstəmovun kürəkəni olan Cuma Əhmədzadənin təsisçisi olduğu “Muğal”, “Uluyurd” şirkətlərinin hüquqi ünvanı Qaxbaş kəndi göstərilib.

Son xəbərlər

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bütün xəbərlər