Cəmiyyət / Manşet
29.05.2021, 17:29
Biləsuvarda avtomobil traktorla toqquşub, ölən var
Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Kanal1.az”-a verilən məlumata görə, mayın 28-də saat 21 radələrində Biləsuvar rayonu ərazisində Kavdar kənd sakini Z.Fehruzlu idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıda gedən Tinli kənd sakini H.Məmmədovun idarə etdiyi "Belarus" markalı traktora vurub. Nəticədə Z.Fehruzlunun sərnişini Yadigar Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay