Hadisə
24.09.2020, 21:11
Dəhşət: Anası öldü,özü və oğlu yaralandı
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 23-də saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndi ərazisində Bakı şəhər sakini Azər Qədirli idarə etdiyi “Mitsubishi” markalı avtomobili dərəyə aşırıb. Nəticədə A.Qədirlinin sərnişini olan anası - Əliyyə hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay