Hadisə / Manşet
8.05.2021, 19:17
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürdü
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Kanal1.az”-a verilən məlumata görə, mayın 7-də saat 16 radələrində Cəlilabad rayonunun Abışabad kəndi ərazisində Təklə kənd sakini E.Mahmudov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən kənd sakini Nihad Nəzərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay