Hadisə / Manşet
15.03.2021, 14:30
Gəncədə iki avtomobil toqquşdu, sürücü öldü
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Kanal1.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə martın 13-də saat 12 radələrində Gəncə şəhəri ərazisində baş verib.
Şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “Mercedes” və R.Abdullayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Abdullayev martın 14-də orada ölüb.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay