Hadisə / Manşet
16.03.2021, 19:06
Biləsuvarda yol qəzası olub, xəsarət alan var
Biləsuvar rayonunda yol qəzası baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Nəticədə xəsarət alan sürücülərdən biri, Cəbrayıl rayonunun Nüzgar kənd sakini, 1974-ci il təvəllüdlü Əliyev Yalçın İbrahim oğlu xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay