Gündəm
28.02.2024, 09:09
Abşeronda ev adı altında tikilən ticarət mərkəzinin əsl sahibi kimdir? – ŞOK İSİM
Bakı və Abşeron rayonlarında son illər daha da çoxalan qanunsuz
tikililər barədə tv və digər mətbuat orqanlarında daim xəbərlər verilib.
Şəhərsalma qanununa uyğun olmayan, ekoinşaat prinsiplərinə zidd olan bu
tikililər təəssüflər olsun ki, dövlət qurumlarının balansında olan
torpaq sahələrini, magistral yolların ehtiyat zolaqlarını da zəbt edə
bilib.
Bakı şəhərinin Baş Planının hazırlanması yenidən qanunsuz tikilililəri gündəmə gətirib.
AzFakt.com bu cür qanunsuz tikililərdən birini – Abşeron rayonunda
Xırdalan dairəsinin kənarında tikilən ticarət mərkəzi barədə dəfələrlə
məlumat dərc edib.
Qeyd edək ki, Xırdalan dairəsinin kənarında inşa edilən ticarət
mərkəzi əslən Naxçıvandan olan Fərzəliyev Bəhruz İsfəndiyar oğlunun
adına inşa edilib.
Burada ciddi qanun pozuntusu tikinti obyektinin funksiyası barədə
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazədədir.
Belə ki, sözügedən ticarət mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alınıb.
Obyektin ümumi sahəsi 16.549 (m2), mərtəbə sayı ikidir.
AzFakt.com saytı olaraq sözügedən ticarət obyekti barədə yenidən jurnalist araşdırması apardıq.
Araşdırmamız zamanı məlum oldu ki, dövlət Komitəsinin rəsmi
sənədində fərdi ev kimi reyestrə alınan obyekt Bəhruz Fərzəliyevin adına
sənədləşdirilsə də, obyektin əsl sahibi Allahverdiyev Elçin Mürvət
oğludur.
Biznes fəaliyyəti ilə məşğul olan Elçin Allahverdiyevin Abşeron
rayon İcra Hakimiyyətinin rəhbərliyində təmsil olunan şəxslərdən biri
ilə xüsusi münasibətlərinin olduğu deyilir.
Əldə etdiyimiz son məlumata görə hazırda qanunsuz inşa edilən ticarət mərkəzində son tamamlama işləri gedir.
Həmçinin obyektin sənədlərini yoxlamağa gələn aidiyyatı dövlət
qurumlarının nümayəndələrinin qarşısına çıxarmaq üçün bir neçə şəhid
ailəsi və qazinin də obyektdə işə götürülməsi planlaşdırılır.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun 2023-cü ilin dekabr ayının
30-da "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı
təsdiqləməsindən sonra Bakı və Abşeron magistralının kənarında inşa
edilən xeyli sayda obyektlərin söküləcəyi barədə məlumatlar yayılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay