Şəkili HƏCİ Rafiq Lətifovun “Olympus Park” tikinti şirkətində nələr baş verir..? – Rafiq Lətifovun idmançı -qoçu dəstəsi şikayətçilərə hədə-qorxu gəlir…

 

 

 

 

Rafiq Lətifov FHN-in, məhkəmənin qərarlarını  gözünə də almır.. 
Və nəticədə vətəndaşla  dövlət arasında uçurum yaranır…
Bütün müqəddəs kitablarda, sivil ölkələrin Ali Qanunu olan Konstitusiyalarında qeyd olunub ki, ŞƏXSİ MÜLKİYYƏT toxunulmazdır. Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun  1-ci maddəsində təsdiq olunub. Konkret  olaraq  Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində qeyd olunur: "Vətəndaşın mülkiyyəti toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”. Amma… Bu məqamda 30-40 il əvvəl gördüyümüz bir mənzərəni yada salmaq istəyirik.
Deməli, qardaş Türkiyədə magistral yol çəkiləndə qoca bir kişi  dədə-baba evinin sökülməsinə icazə verməyib və nəticədə yol  istiqamətini dəyişməli olub, yəni evi buldozerə verməyiblər, vətəndaşın müəılkiyyət hüququ qorunub. Bizdə isə yazılanlar hamısı kağız üzərində qalır. İstənilən tikinti  şirkəti vətəndaşın mülkiyyətini buldozerə verib dağıdır. Vətəndaş bütün dövlət qurumlarına şikayət etsə də heç bir nəticə olmur. Əksinə vətəndaşın özünü döyürlər. Şübhəniz varsa, buyurun… Belə tikinti şirkətlərindən biri də  "Olympus Park”  tikinti  şirkətidir. Şirkətin sahibi Rafiq Lətifovdur.
Təsəvvür edirsiniz, FHN deyir ki, Rafiq Lətifovun şirkətinin tikintiyə icazəsi yoxdur, məhkəmə də bu barədə qərardad çıxarır, amma Rafiq Lətifov  FHN-i, məhkəməni vecinə almır. Vətəndaş  yazır ki, mənim  xüsusi mülkiyyətimdə olan evlər və torpaq sahələri "Olympus Park”  şirkəti tərəfindən dağdılır, zəbt edilir.
Vətəndaş yazır ki, Nəsimi rayonu, Abay döngəsində yerləşən dədə-baba yurdum "Olympus Park” şirkəti tərəfindən qanunsuz olaraq sökülüb. Musiqili Komediya Teatrının qrim və rəssamlıq şöbəsinin müdiri olmuş Nərgiz Quliyeva  deyir ki, şirkət  275 kvadratmetr sahəsi olan, 1900-cü ildə tikilmiş evimə 80 kv ev təklif edib, bura mənim dədə-baba mülkümdür, əlimdə qanuni "kupçam” var. Şirkət şərtlə razılaşmayan vətəndaşın evini gecə qəsdən uçurdub. Bu hələ harasıdır..?
Rafiq Lətifovun şirkəti hətta Xətai rayonundakı "Lider” idman klubunu da dağıdıb və deyir ki, ekskovatorçu səhv edib. Eyni hallar şirkətin Olumpus Elmlər, Olympus Neftçilər, Olympus 28 May, Olympus Nəsimi, Olympus Səbail,  Butik-12, Olympus Xırdalan layihələrində də  baş verib. Bir daha təkrar etmək istəyirik ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi və  məhkəmə  tikintinin dayandırılmasını tələb edir, amma  Rafiq Lətifov öz kefindədir ee…
Bundan əlavə tikinti illərlər gecikdiyi üçün müştərilə Rafiq Lətifovdan dövlət qurumlarına şikayət edir, amma ortada nəticə yoxdur. Bu hələ harasıdır ee…. Rafiq Lətifovun idmançı -qoçu dəstəsi də var, şikayətçiləri döyür, söyür, hətta…media  işçilərinə hədə-qorxu gəlirlər. Belə ki, "Olympus Park” rəhbərinin dayısı oğlu şirkətlə bağlı yazılan yazıya görə  media əməkdaşlarını hədələyir, hətta sosial şəbəkədə təhdid edir. Rafiq Lətifov onunla şərik olan yerli və Türkiyəli iş adamlarını dəfələrlə aldadıb. Rafiq Lətifonun  tikinti şirkəti 28 May ünvanında apardığı tikinti zamanı xeyli sayda ağacı kəsib, yaşıllığı məhv edib. Hətta buna görə, şirkətə qarşı cinayət işi açılıb, amma ortada nəticə olmayıb. Rafiq Lətifovun şirkəti  Çapayev ərazisində, "Kubinka” deyilən ərazidə, Badamdar ərazisində qanunsuz tikinti işləri aparır. Rafiq Lətifov hətta iş adamı Hacı İbrahim Nehrəmliyə də külli miqdarda pul atıb.

Sözün qısası, Rafiq Lətifov vətəndaşlarla DÖVLƏT arasında  ciddi narazılıq yaradır. Vətəndaşlar deyir ki, bu qədər özbaşınalıq olmaz, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən rəsmi məktub var, Fövqəladə Hallar Nazirliyindən rəsmi cavab var ki, "Olympus Park” tikinti şirkətinə məxsus qanunsuz tikintinin qarşısı alınıb. Amma… Bütün bunlara baxmayaraq  özbaşına, qanunsuz tikinti davam edir…. Rafiq Lətifov şikayətçiləri məhkəmə ilə hədələyir və deyir ki, mənim şirkətimin işgüzar nüfuzuna zərbə vurmusunuz. Vallah adam deməyə, yazmağa söz tapmır, həm oğru, həm də doğru…
Əslən Şəkidən olan Rafiq Lətifov hətta HƏCİ titulu da daşıyır, guya Allah qoymasa mömin müsəlmandır. Görəsən camaatın evini başına uçuran adam nə vaxtdan HƏCİ olub..?
Bu gün Rafiq Lətifovun xeyli sayda mobil telefon mağazaları, şəxsi villaları, Avropa hotelin yanında özəl binası, 99-999 nömrəsi ilə başlayan avtomobil kolleksiyası və daha nələri. Şikayətçilər isə dövlət qurumlarının qarşısında ümidsiz dayanıblar. İstər-istəməz sual doğur: Dövlət niyə öz vətəndaşına sahib çıxmır..? Ümid edirik ki, bütün bunlara son qoyulacaq və ədalət öz yerini tapacaqdır.Gündəlik Bakı

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər