Abşeronda RİH-nin başçısı daha bir qanunsuz tikinti işlərinə göz yumur, səbəb?

 

Xeyli vaxtdır ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin verdiyi icazə sənədləri əsasında həyata keçirilən qanunsuz tikinti işləri, təkcə bu rayonun ərazisində deyil, sanki ölkə miqyasında böyük səs-küyə səbəb olmaqdadır. Sual oluna bilər ki, niyə? Bu sualın yalnız bir cavabı var, o da inşaası həyata keçirilən tikinti işlərinə dair lazımi sənədlərin olmamasıdır. Diqqət yetirək ki, Abdin Fərzəliyev növbəti qanunsuzluq əməlini Xırdalan şəhəri, Heydər Əliyev prospektində, daha dəqiq desək əvvəlki təcili tibbi yardım stansiyasının yaxınlığında həyata keçirməkdədir. Əldə etdiyimiz bəzi məlumatlara görə, qeyd olunan ünvanda təqribən ümumi sahəsi 1200 kvm, ikimərtəbəli fərdi yaşayış evinin inşa olunacağı bildirilsə də, bu heç də belə deyil. Çünki, bu gün də inşaası həyata keçirilən həmin tikilinin ümumi sahəsinə diqqət yetirməklə onu müəyyən etmək olar ki, tikili fərdi yaşayış evi üçün deyil, digər təyinat üzrə inşa olunmaqdadır. Bəli, müəyyən mənbələrdən belə bir məlumat da əldə etmişik ki, bu tikinti işlərinə dair lazımı sənədlər yoxdur və tikintinin sahibi RİH-nin "xeyr-duası” əsasında işlərini davam etdirir. Faciə odur ki, bu cür qanunsuz tikinti işlərinə Fövqəladə Hallar Nazirliyinin Regional şöbəsinin əməkdaşları da göz yumurlar. Bu da onu söyləməyə əsas verir ki, cənab Kəmaləddin Heydərovun tabeliyində çalışanlar elə hallar olur ki, şəxsi maraqları təmin olunarkən hər cür qanunsuzluqlara göz yummağı özlərinə rəva bilirlər. Amma, bu rayonun ərazisində elə tikinti işləri var ki, onların fəaliyyətləri xeyli müddətdir ki, dayandırılıb və belə bir qərar FHN-nin Regional şöbəsinin rəhbərliyi tərəfindən verilir. O halda ortaya düşündürücü suallar çıxır, görəsən səbəb nə olur ki, FHN-nin əməkdaşları bəzi tikililərdə işləri dayandırırlar, amma lazımi sənədi olmayan digər tikililərdə isə, həyata keçirilən qanunsuz tikinti işlərinə göz yumurlar? Deməli, burada həm əmmalar, həm də əksəriyyətin bilmədiyi, yaxud da eşitmədiyi bir çox müəmmalar var. Yəni, həmin əmmaların və müəmmaların varlığını hər iki tərəf gizli saxlasalar da, bu haqda bəzi çevrələrdə müəyyən söz-söhbətlər dolaşmaqda davam edir. Yəni, dolaşan söz-söhbətlərdə qeyd olunur ki, 19 yanvar 2022-ci il tarixdən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Abdin Fərzəliyev, hal-hazırda bu rayonun ərazisində inşaası həyata keçirilən kiçik tikinti işlərinin hər birinə şərik olur. Ona görə də, hal-hazırda Abşeron rayonu ərazisində qanunsuz tikinti işləri tüğyan etməkdədir.

Elə ki, belə bir problemlərin varlığı ilə bağlı sakinlərin şikayətlərini əsas tutaraq aidiyyəti dövlət qurumlarına, o cümlədən Abşeron RİH-nə rəsmi qaydada məktub ünvanlayıb problemin araşdırılmasına nail olmaq istəyirik, o halda Abşeron RİH-dən başaldadıcı cavablar verilir. Sual oluna bilər ki, nəyə görə RİH-nin inzibati binasından heç də uzaq məsafədə olmayan ərazidə, yəni Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşaası həyata keçirilməkdə olan tikiliyə aid lazımi sənədlər olmadığı halda, məhz həmin tikilinin inşaasına icazə verilir? Deməli, tikinti işlərinin həyata keçirilməsinə cavabdehlik daşıyan bir çox dövlət qurumları, ələlxüsus Abşeron RİH Aparatı əməkdaşlarının, FHN Regional şöbəsi əməkdaşlarının susmaları, bir növ özlərini görməzliyə vurmaları onu sübut edir ki, həm Abdin Fərzəliyevin, həm də Kəmaləddin Heydərovun tabeliyində çalışanları, bu gün xalqın taleyi deyil, yalnız şəxsi maraqlarının təmin olunması düşündürür. Əgər bu belə olmasaydı, o halda Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşaası həyata keçirilən tikinti işlərinin ətraf ərazisində yaşayan sakinləri gündəlik narahat edən, texniki təhlükəsizlik qaydalarına riayət olunmadan inşaası həyata keçirilən həmin tikili ilə bağlı, adı çəkilən bu dövlət qurumunun əməkdaşları əməli addımlarını atardılar. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Vahid Coşqun.
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Son xəbərlər

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Bütün xəbərlər