ABŞERONDA «AİLƏ»nin ADINDAN İSTIFADƏ EDiB QANUNSUZ APARTMANLAR TiKƏN «KORRUPSIYANIN POLKOVNiKi» KiMDiR?

 

Qanunsuz tikililər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, o cümlədən yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sökülür. Deməli, harda qanunsuz tikililər inşa olunursa, üstəlik bu barədə məlumatlar, kabinetlərdə həllini tapmayan şikayətlər kütləvi informasiya vasitələrində işıqlandırılırsa, bütün bunlara rəğmən işlər dayandırılmırsa, demək, elə həmin adı çəkilən aidiyyəti orqanların vəzifəli şəxsləri öz maraqları naminə qanunsuzluqlara göz yumurlar.

Heç gözləməzdik, ağlımıza da gəlməzdi ki, təmənna qarşılığında neqativ hallara rəvac verən, bu azmış kimi, qanunsuz tikinti işlərini həyata keçirmək imtiyazını bir adamdan alıb digərinə satan qurumlar sırasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də olacaq. Axı bu idarə şikayətlərin ən çox ünvanlandığı, haqqı tapdalananların üz tutduqları, ümid umduqları, pənah gətirdikləri ünvanlardan biridir. Amma burası Azərbaycandır!

Sirr deyil ki, qanunsuz tikililərin vüsət aldığı məkanlardan biri də Abşeron rayonunun Xırdalan şəhəridir. Burada son illər apartman biznesi sürətlə inkişaf etməkdədir. Abdin Fərzəliyevin Abşeron Rayon İcra Hakimiyyətinə başçı təyin olunması da bu sahədə özbaşınalığa, pərakəndəliyə son qoymadı, əksinə, görünən odur ki, daha da sürətləndirdi.

Xatırladaq ki, bir ara mətbuatda Xırdalan şəhəri Heydər Əliyev prospektində, daha dəqiq desək, əvvəlki təcili tibbi yardım stansiyasının yaxınlığında təqribən ümumi sahəsi 1200 kv/m olan ərazidə gedən tikinti işlərinə görə "həyəcan təbili” döyüldü. Bildirilirdi ki, orada Murad adlı şəxs ikimərtəbəli fərdi yaşayış evinin inşa olunacağı adı ilə əslində əlamətlərindən (sahə və bünövrəsinin miqyasına görə) göründüyü kimi çoxmərtəbəli apartman tikməklə məşğuldur. Bəzi mənbələrdən verilən məlumata görə, hasara alınmış həmin ərazidə həyata keçirilməkdə olan hündürmərtəbəli binanın inşasına dair lazımı sənədlər yoxdur və tikintinin sahibi RİH-nin "xeyr-duası” əsasında işlərini davam etdirir.

Məlumatın izi ilə araşdırma apardığımız zaman adı çəkilən Murad adlı şəxsə zəng vurub məsələyə münasibətini öyrənmək istədik. Əvvəlcə Murad bəy özü, sonra da köməkçisi İlham bəy etiraf etdilər ki, ilk əvvə onlar sözügedən ərazidə işlərə başlasalar da, sonradan (yəqin ki, şikayətlərdən sonra) məsələyə müdaxilə edən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Mamed (Məmməd) adlı əməkdaşı təzyiq göstərərək iş aparmaq imtiyazını əllərindən alıb: "Köhnə təcili yardım stansiyasının artıq şəxsi mülkiyyətdə olan ərazisini də ələ keçiriblər. Biləsiniz, birinci xanımın, Paşayevlərin adından istifadə edirlər. Həmin ərazinin yaxınlığındakı zibil qutuları qoyulan yeri də polkovnik rütbəli zabitə veriblər”.

Maraqlıdır, görəsən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbov öz əməkdaşlarının qanunu tapdalayaraq ölkənin Birinci Vitse-Prezidentinin adı ilə möhtəkirlik etməsinə hansı reaksiyanı verəcək.

 

 

Son xəbərlər

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Bütün xəbərlər