Yumurta bahalaşacaq? - Tələbat 3 milyondur, istehsal isə...

Yaxın günlərdə Azərbaycandan Rusiyaya quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixrac olunmasına başlanılacaq. Səbəb bu ölkədə yumurta qıtlığıdır ki, nəticədə quş əti və yumurtanın qiyməti bahalaşıb.

Ölkədə qiymət artımının qarşısının alınması üçün idxalın artırılması tapşırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əldə edilmiş razılaşmaya görə, Azərbaycandan Rusiyaya yumurta ixrac olunacaq. Bu yeni qərarın Azərbaycanın yumurta bazarı üçün mənfi və müsbət tərəfləri nələrdir?

"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli dedi ki, hazırda bizim günlük yumurta istehsalımız 4,6-4,9 milyon ədəddir: "Onun 3,2-3,6 milyon ədədi gündəlik tələbat üçündür. Bir milyonun üzərində yumurta artıq qalır. Bu zamana qədər yumurtanı Yaxın Şərq ölkələrinə ixrac edirdik. Oktyabr ayının əvvəlinə olan məlumata görə, Yaxın Şərq ölkələrinə 40 milyon ədəddən çox süfrə yumurtası göndərmişik”.

Günlük 360 min yumurta

M.Həsənli bildirdi ki, Rusiyaya ixrac üçün hazırlıqlar görülür: "Rusiya hazırda bizim beş quşçuluq müəssisəmizi reyestrdən keçirib və sənədləşdirib. Bu da o deməkdir ki, yaxın günlərdə Rusiyaya da yumurta ixrac etməyə başlayacağıq. Ehtimal edirik ki, Rusiyaya günlük 360 min ədəd civarında süfrə yumurtası göndərəcəyik. Qalan tələbatı ödəmək üçün də müəssisələrimiz böyüyür. İnkişaf etdikcə Rusiyanın tələbatının müəyyən qismini ödəyə biləcəyik”.

İstehsal daha da artacaq

Sədrin fikrincə, Azərbaycan quşçuları həm Rusiyanı, həm də özümüzü süfrə yumurtası ilə təmin edə biləcəklər: "Hazırda ölkəmizin yumurtaya olan tələbatından 130 faiz çox məhsul istehsal edirik. Düşünürəm ki, yaxın altı ay müddətində istehsalımız 170 faiz olacaq. Beləliklə, bizim gündəlik artıq yumurtamız üç milyon ədəddən çox olacaq. Bu, aylıq 90-120 milyon süfrə yumurtası deməkdir”.
Müsahibimizin sözlərinə görə, Rusiya ilə əldə edilən anlaşma həm müəssisələrimiz, həm də ölkəmiz üçün faydalıdır: "İstənilən halda bu addımdan gəlir əldə edəcəyik. Ölkəmiz üçün bir faydası da budur ki, yumurta sahəsində Rusiya kimi bazarımız yaranmış olur. Rusiya bazarına çıxış imkanından sonra həmin istehsal müəssisələrində işləyən işçilərin sayı da artacaq. Ölkəmizə əlavə valyuta gələcək”.

Yumurtanın qiyməti qalxmayacaq

M.Həsənli qeyd etdi ki, hazırda yumurta qiymətlərinin yüksəlməsi üçün ciddi əsas yoxdur: "Düşünmürəm ki, bu addım daxili bazarda süfrə yumurtasının qiymətinin artmasına səbəb olsun. Çünki yumurtanın qiymətinin qalxması toyuğun yediyi yemdən asılıdır. Nə qədər ki, yemin qiyməti aşağı olacaq, o zamana qədər yumurta qiymətlərində artım gözlənilmir”.

Yeni yaranan ixrac məhsulu

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirdi ki, quş əti və yumurta istehsalında illər üzrə artım mövcuddur: "Azərbaycanda 2022-ci ildə iki milyard ədəd süfrə yumurtası istehsal olunub. Onun təqribən 900 milyonunu sənaye üsulu ilə quşçuluq müəssisələri istehsal edib. O cümlədən, bu ilin doqquz ayı ərzində 1,7 milyard yumurta istehsalı həyata keçirilib. Onun 760 milyonu sənaye quşçuluq müəssisələri tərəfindən istehsal edilib”.

F.Fikrətzadənin sözlərinə görə, süfrə yumurtası ixracımız illər üzrə müxtəlif göstəricilərə malik olub: "Məsələn, 2018-ci ildə 44 milyon ədəd yumurta ixrac etmişdik. Bu rəqəm 2019-cu ildə 35 milyon, 2022-ci ildə isə 12 milyon ədəddir. Amma nəzərə alaq ki, bu sahədə ixrac bizdə yeni yaranıb. Bu, quşçuluq müəssisələrinin potensialı hesabına baş verib”.

Müsahibimiz düşünür ki, yeni anlaşmadan sonra yerli bazar üçün ciddi bir təhlükə yoxdur: "Rusiyanın quş əti idxalında bazar tələbatı artıb. Bizim müəssisələrdən bu sahədə istifadə edilməsi olduqca məqsədəuyğun addımdır. Bizim 35-45 milyonluq yumurta ixracı göstəricilərimizin bir o qədər də artırılması gözlənilir. Amma bunun daxili bazara heç bir mənfi təsiri olmayacaq. Bizdə əvvəllər də yumurta ixracı təcrübəsi mövcud idi. İxrac varsa, demək, daxili bazarın tələbatından artıq yumurta istehsal edə bilirik. Bizim quşçuluq müəssisələrinin istehsal potensialı yerli tələbatımızın ehtiyacından üstündür. Ona görə də, bu potensialdan istifadə edərək ixracı artırmağın daxili bazara hər hansı bir mənfi təsiri olmayacaq”. ("Kaspi" qəzeti)

Son xəbərlər

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Daha bir təhsil ocağında QALMAQAL… – BU NƏDİ BELƏ?!

Millət vəkili sirri açdı: – Gömrük buraxır, AQTA “görmür”…

Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır… – İTTİHAM VAR…

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

Xəstələri şikəst edən Lor Hospital… – dəhşətli özbaşınalıq

Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO

Azərbaycana gələn turistlər Bakıdan çıxmağa niyə qorxurlar? - Ekspertlər elə səbəblər göstərdilər ki...

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Taksi sifarişində gözlənilməyən durum: Məhdudiyyət qoyuldu, QİYMƏT ARTDI - AÇIQLAMA

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Bütün xəbərlər