Azərbaycan bazarında Niderlanddan gətirilən qızılgüllər niyə azalıb?



Son illər Azərbaycanın gül bazarında Niderlanddan gətirilən qızılgüllərin azalması müşahidə edilir.

Bunu rəsmi statistika da təsdiqləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkəyə Niderlanddan 189 min ədəd qızılgül gətirilib ki, bu da qızılgül idxalının cəmi 6%-ni təşkil edib. Halbuki, 2020-ci ildə Niderland Azərbaycana 476,4 min ədəd qızılgül ixrac etmişdi və bu ölkənin idxalda payı 18% olmuşdu.

Azərbaycanın Niderlanddan qızılgül tədarükünün həcmi azalsa da, əvəzində bu məhsulun qiyməti iki dəfə artıb. Əgər 2020-ci ildə ölkəyə bir ədəd qızılgül 0,7 ABŞ dollarına gətirilirdisə, 2022-ci ildə bu rəqəm 1,4 ABŞ dolları olub.

Azərbaycan bazarında Niderlanddan gətirilən qızılgüllər niyə azalıb? "Report” mövzunu "Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi ilə müzakirə edib.

Qurumun sədri Cavid Axundov deyir ki, Azərbaycana Niderlandla yanaşı, Keniyadan, eləcə də Cənubi Amerikadan - Ekvador və Kolumbiyadan da qızılgül gətirilir. Elə bazarda Niderland qızılgüllərini sıxışdıran da həmin uzaq ölkələrdir. Xüsusilə Ekvador və Kolumbiya qızılgülləri nisbətən ucuz başa gəldiyi üçün Niderlanddan gətirilən qızılgüllərə tələbat və paralel olaraq onların idxalı da azalıb.

Azərbaycan hər il təxminən üç milyon ədəd qızılgül idxal etsə də, daxili tələbat daha çox yerli istehsal hesabına ödənilir. C.Axundovun sözlərinə görə, hər il ölkədə təxminən 15 milyon ədəd qızılgül istehsal olunur. Bunun 12 milyon ədədi və yaxud 80%-i daxili bazarda satılır. Yerdə qalan məhsul isə xarici ölkələrin bazarlarına çıxarılır, əsasən, Rusiyaya ixrac olunur.

"Yerli qızılgül xaricdən gətiriləndən elə də fərqlənmir. Azərbaycanda qızılgül istehsal edən dörd iri istixana kompleksi var. Bu komplekslər sənaye üsulu ilə qızılgül istehsal edirlər. Ondan başqa, bizim daxili bazarda zanbaq, herbera, qərənfil, pion kimi güllər də mövcuddur. Son zamanlar ölkədə istehsal olunan qızılgüllərin keyfiyyəti xeyli artıb. Buna görə də alıcılar yerli mala üstünlük verirlər. Hazırda gül satışında zəif dövrdür. Həm yayda qızılgül balacalaşır, həm onun istehsalı azalır, həm də insanlar istirahətdə olduqları üçün tələbat olmur. Odur ki, bazarda durğunluq var”, - deyə o qeyd edib.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər