11:14 / 08-12-2022
Klaar Ermənistana niyə gedir?
09:05 / 08-12-2022
Həkimlik müqəddəs peşədir
10:29 / 04-12-2022
DIN açıqlama
Paytaxtda məktəbdə şagird sinif yoldaşına zorakılıq etdi

Paytaxtda məktəbdə şagird sinif yoldaşına zorakılıq etdi
Paytaxtdakı 112 nömrəli tam orta məktəbində şagirdlərdən birinin sinif yoldaşına qarşı fiziki zorakılığı ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə idarə məlumat yayıb.

Bildirilib ki, hadisənin iştirakçıları olan şagirdlərə zəruri psixoloji xidmət göstərilib, zərərçəkən şagird və onun valideynləri ilə görüş keçirilib, profilaktik söhbətlər aparılıb, şagirdin təhlükəsiz təhsil şəraitinin təmin olunduğu valideynlərinin nəzərinə çatdırılıb.

Hadisənin iştirakçısı olan şagirdlərə nəzarətin gücləndirilməsi və aidiyyəti tədbirlərin görülməsi istiqamətində Bakı şəhəri 112 nömrəli tam orta məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, videoda sinif yoldaşına xəsarət yetirən şagird ailəsinin təşəbbüsü və xahişi əsasında təhsilini hazırda Yevlaxdakı məktəblərin birində davam etdirir.

Tarix: 21-11-2022, 12:35


Bölməyə aid digər xəbərlər