Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

 

Azərbaycanda "Rahat” marketlər şəbəkəsi işçiləri üçün narahat bir yerə çevrilib. Çünki marketlər şəbəkəsinin sahibi əməkdaşlarını qul kimi işlədir. Hətta orta əsrlərdə bu cür istismar halları olmayıb. Sanki işə götürülən vətəndaşlar hansısa əmək düşərgələrinə cəlb olunan, yaxud əsir saxlanan yerlərdə işgəncələrə məruz qalan adamlardı. Adətən ən ağır cəzaçəkmə müəssisələrində, koloniyalarda dustaqlarla belə davranılır. Misal üçün "Borka” filmində bunu görmək olar. Həmçinin, bizdə qadağan edilmiş "Köpək” kinosunu misal gətirə bilərik. Söhbət insanların qul kimi işlədilməsindən gedir.

Qədim Misirdə olmayan "qayda”ları hazırda ” Rahat” marketlərdə görmək mümkündür. Anaxeber.info bildirir ki, onlardan biri Vətən müharibəsinin qazisidir. Qazi şikayətində deyir ki, işə götürüləndə bölgə müdiri Elvin Abdullayev aylıq 700 manat maaş, 250 manat isə bonus olacağını söyləyib. Onun sözlərinə görə, bonus verilməyib və deyilib ki, birinci aydır, sənə düşmür. Qazi danışır ki, bu azmış kimi iş rejimi istismardan ibarət olub. Belə ki, gün ərzində 10_12, hətta 13 saat işlədiliblər. Hərçənd ki, işə götürüləndə belə razılaşma olmayıb. Üstəlik, bu, "Rahat” marketlər şəbəkəsinin Əmək Məcəlləsinin qaydalarını pozmasıdır. Amma təkcə bu məcəllə pozulmur, qazinin maaşla bağlı dediklərindən məlum olur ki, vergidən yayınma da var. Şikayətçi bildirir ki, 350 manat rəsmi maaş göstərilib, ələ verilən nağd pul isə ödənilməyib, hərgah, 700 manat nəzərdə tutulub. Bununla da marketlər şəbəkəsi  dövlətə vergi ödəməkdən yayınır. Nəzərə alsaq ki, bu şəbəkənin müxtəlif filiallarında yüzlərlə işçi var, o zaman araşdırma aparılsa, vergidənyayınma ilə bağlı ciddi faktlar üzə çıxa bilər.

Bundan əlavə, qazi onu da danışıb ki, müştərilərə münasibətdə hədə-qorxu variantlarına əl atılır. Bu hadisələrdən biri "Neftçilər-2” filialında baş verib. Gənc bir qız müştəri ya diqqətsizlikdən, ya yadından çıxdığı üçün 50 qəpiklik suyun pulunu ödəməmiş marketi tərk edəndə mühafizə və rəhbərlikdən Azər adlı şəxs onu saxlayıb, başqa kabinetə aparıb, təhdid ediblər. Qızı oğurluqda ittiham edən market sahibləri ondan karta 100-150 manat ödənilməsini tələb ediblər, əks halda müşahidə kamerasında olan görüntüləri polisə və ailəsinə verməklə təhdid ediblər. Bax, belə bir rəzalət yaşanır – vergidənyayınma, qul kimi işçiləri işlətmək, maaşını kəsmək, müştərilər şantaj etmək…

Qeyd edək ki, marketlər şəbəkəsi milyonçu Adnan Əhmədzadəyə məxsusdur. Adnan Əhmədzadə sirli fiqurdur. Son həftələrdə ulduz futbolçu Messi ilə görüşləriylə gündəmə gəlib. şəbəkəsinin, "Xoxo” gecə klubunun, Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən "Caspian Service” tikinti şirkətinin də ona məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı "Throughbred” atları var. Onun bahalı avtomobillərinin, qiyməti 1 milyon dollara çatan "Jacob & Co Astronomia” saatının, "Palm Cümeyrada” daşınmaz əmlakının hansı pullarla alındığı kimsəyə sirr deyil. Jurnalist Cavanşir Həsənlinin araşdırmalarından məlum olur ki, İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan mənzil aldığı haqqında sənəd yerləşdirilib.

Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Londonda da onun "AA PROPERTIES 2000 LTD” adlı şirkəti qeydiyyatdan keçib. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur. Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib.(Anaxeber.info)

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər