Sumqayıtda məktəb direktoru ilə bağlı İDDİA: “Növbəni dəyişmək üçün hər şagirddən 50 manat yığırlar”
Sumqayıtda məktəb direktorunun şagirdlərdən pul yığdığı iddia edilir.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, paylaşımdakı iddialara görə, Sumqayıt şəhəri N.Tusi adına 12 nömrəli tam orta məktəbin direktoru siniflərin ikinci növbədən birinci növbǝyǝ keçirilməsi üçün pul toplayır:

"Sinifdə hər şagirddən 50 AZN tələb edilir. Bir sinifdə 38 şagird olarsa, 1 900 manat rahatlıqla yığılır. Yeni nazir təyin olunanda sevindik ki, gənc kadr təhsilimizə yenilik gətirəcək. Çox təəssüf ki, məktəblərdə təhsil əvəzinə, şagirdlərə rüşvətxorluq öyrədilir. Uşağın məktəbə yerləşdirilməsindən tutmuş bütün tədbirlərin keçirilməsində rüşvət tələb olunur. Açıq bazardır. Hətta "WhatsApp” qrupları yaradılır və rüşvət yığılır”.

Sumqayıt şəhəri N.Tusi adına 12 nömrəli tam orta məktəbdən şikayətçi olan valideyn Cəmil Şeydayev Oxu.Az-a açıqlamasında deyib ki, övladının keyfiyyətli təhsil alması üçün əlindən gələni edir, lakin əsassız yerə heç kimə rüşvət vermək fikri yoxdur:

"Mənim övladım həmin məktəbin 4-cü sinfində oxuyur. Bu il 5-ci sinfə keçir. Valideynlər arasında qrup yaradıblar. Həmin qrupda paylaşıblar ki, siniflərin növbəsini dəyişdirmək istəyənlər hər şagird üçün 50 manat verməlidirlər. Əvvəlcə 35 manatdan razılaşmışdılar, sonra dedilər ki, yox, azdır. Valideynlərə deyirlər ki, yaxşı müəllimlərimizi birinci növbəyə keçirmişik. Kim ki pulu verəcək, onun uşağı birinci növbədə olan sinfə keçiriləcək. Kim ki pul verməyəcək, o uşaq ikinci növbədə olan siniflərdən birinə keçiriləcək. Valideynlərin bir qisminə uşağının səhər növbəsi məktəbə getməsi sərf edir, bir qisminə isə yox. Mənim üçün önəmli olan uşağımın normal təhsil almasıdır. Bu qədər olmaz axı, hər şey üçün pul istəyirlər. Uşaqlara deyirlər ki, gedin özünüzə sinif tapın.

Məktəb direktoru valideyn komitəsinin sədrinə deyir, o da valideynlərə. İndi gedib direktora desək ki, pul yığırsınız, deyəcək, yox. Mən bu məsələ ilə bağlı sosial şəbəkələrdə də paylaşım etmişəm. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələni görüb, araşdıracaqlar. Belə nə qədər davam edə bilər? Dövlət məktəbinə də pul verəcəyəmsə, elə uşağı çıxarıb özəl məktəblərdən birinə qoyaram, aylıq, illik də müəyyən məbləğ ödəməli olduğumu bilərəm”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsinə sorğu ünvanlanıb.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər