Gündəm / Cəmiyyət
25.06.2023, 18:55
Gəncə şəhər Mərkəzi Təcili Tibbi Yardım stansiyasının həkim feldşeri Jalə Imanova öz vəzifəsini layiqincə icra edir
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur.
Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Gəncə şəhər Mərkəzi Təcili Tibbi Yardım stansiyasının həkim feldşeri Jalə Imanovadır. Jalə xanım bütün insanı xüsusiyyətləri özündə daşıyan ziyalı bir xanımdır. Ona tapşırılan hər bir işin öhdəsindən layiqincə gəlir.
O, işinə başladığı ilk gündən vəzifəsini vicdan və ləyaqətlə yerinə yetirmişdir. Işçi kollektivinin, dərin hörmət və rəğbətini qazanmışdır. Dövlətə və Dövlətçiliyə lazımi qədər xidmət edən işinin peşəkarı bir insandır.
Jalə xanımın indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, işinin peşəkarı bir insandır.
Peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Ömrünün çox hissəsini Azərbaycan Səhiyyəsinə qurban vermişdir. Demək olar ki, 15 ilə yaxın Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunda öz vəzifəsini icra etmiş, xəstələrə xüsusi diqqət və qayğı göstərmişdir.
Xocavənd rayonu ilə yanaşı həm də Gəncə şəhərində fəaliyyət göstərmişdir və bu gün də fəaliyyət göstərir. Jalə xanım öz işinin vurğunu bir insandır. Xəstələr ilə necə rəftar etdiyi, onlara qarşı necə diqqətcil olduğunu bütün iş kollektivi danışır.
Biz də bu çətin və şərəfli işində Jalə xanıma gələcək işlərində uğur və nailiyyətlər arzulayırıq. Qarşıdan gələn Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimizi çatdırırıq.
Və son olaraq, 2023-cü il "Heydər Əliyev” ili münasibətilə səmimi qəlbdən təbrik edirik.
Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru
Arzu Orucov
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay