Ermənistandakı böhran Azərbaycan üçün daha bir ŞANS YARADIR...

"Ermənistandakı böhranlı vəziyyət Azərbaycana gələcəkdə antiterror əməliyyatı keçirmək üçün ikinci bir zəmin verə bilər”.

"Kanal1.az" xəbər verir ki, Bu sözləri Ermənistan daxilində hazırda yaşanan siyasi böhrandan Azərbaycanın hansı müstəvidə yararlana biləcəyi məsələsinə toxunarkən, politoloq Natiq Miri deyib.

Politoloq qeyd etdi ki, Ermənistanda yaşanan böhran Azərbaycanın indiyə qədər iddia etdiyi məsələlərdə nə qədər haqlı olduğunu bir daha göstərdi:

"Bu da dolayısı ilə Azərbaycanın mövqeyini gücləndirən şəraitdir. Belə ki, Ermənistanda artıq böhran tək ordu ilə hökumət arasında yaşanmır, habelə bu ölkə hökumətlə prezident arasında da ciddi siyasi böhran ərəfəsindədir. Belə bir siyasi böhranın yaşanması Ermənistanı hər cəhətdən zəiflədir”.

Həmsöhbətimiz bildirdi ki, iqtisadi böhran keçirən Ermənistan getdikcə hərbi-siyasi baxımdan da böhrana yuvarlanır. Bu isə politoloqa görə, həm ölkə daxilində, həm regionda, həm də qlobal səviyyədə İrəvanın mövqeyini sarsıdır:

"Perspektiv az olsa da, hərbi çevrilişin həyata keçirilməsi isə Ermənistanda hökumətin qeyri-legitimliyini ortaya qoyacaq. Yəni hərbi xuntanın Ermənistanda hakimiyyəti zəbt etməsi qlobal səviyyədə Azərbaycanın mövqelərini gücləndirəcək”.

N. Mirinin fikrincə, bundan sonra Azərbaycan daha rahat şəkildə Qarabağdakı erməni silahlı qüvvələrinin tamamilə torpaqlarımızdan çıxarılmasına cəhd edə, bu yöndə antiterror əməliyyatı keçirə bilər:

"Düşünürəm ki, Ermənistandakı böhranlı vəziyyət Azərbaycana gələcək perspektivdə antiterror əməliyyatı keçirmək üçün ikinci bir zəmin verə bilər. Bu xüsusda Ermənistandakı böhran əlbəttə ki, hər cəhətdən Azərbaycanın mövqelərini gücləndirir”.

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər