CHP seçkidə AKP-ni məğlub etdi: Ərdoğan hakimiyyətdən gedəcəkmi?



CHP bələdiyyə seçkilərində mübarizədən qalib ayrıldı. AKP az faizlə geridə qalsa da, üç böyük şəhər – İstanbul, Ankara və İzmir yenə ana müxalifətin əlində qaldı. Bu seçkidə qələbəni təmin etmək, xüsusilə üç böyük şəhəri yenidən əllərində saxlamaq ötən il prezident və parlament seçkilərindəki məğlubiyyətdən sonra ana müxalifət üçün "ümidli gələcək” gözləntisi yaradır. Bu, həm də Əkrəm İmamoğlunun post-Ərdoğan dövründə Türkiyənin lideri ola biləcəyi perspektivinin davam etməsi deməkdir.

Bələdiyyə seçkilərindəki qələbədə CHP-dəki lider dəyişikliyinin də önəmli payı var. Kılıçdaroğlu qalsaydı, narazı CHP-lilərin baykotu nəticələrə ciddi təsir edə bilərdi. Bu seçkilər CHP sədri Özgür Özelin də mövqelərini gücləndirəcək. Hərçənd, bu seçkinin nəticələrinin Türkiyənin gələcək siyasətinə yön verəcəyi – 2028-ci ildən sonra post-Ərdoğan dövrünü müəyyən edəcəyi fikri sual altındadır.

Birincisi, CHP-nin elektoratı təkbaşına hakimiyyətə gəlməyə imkan vermir, müttəfiqlik edəcəyi qüvvələr isə AKP-MHP ittifaqından fərqli olaraq, Türkiyəni koalisiya hökumətlərinin olduğu siyasi xaos dövrünə qaytara bilər ki, bunu Türkiyə dövləti və elektoratı istəmir;

İkincisi, dünya müharibələr, qlobal toqquşmalar mərhələsinə keçib və bunun uzunmüddətli olacağı aydındır: belə bir dövrdə Türkiyədə mövcud siyasi xəttin davam etməsi AKP proqramından daha çox, dövlət strategiyası olaraq görünür və bu strategiya CHP-nin siyasi xətti ilə uzlaşmır;

Üçüncüsü, böyük şəhərlərdə AKP müəyyən faizlə geridə qalsa da, Türkiyə üzrə üstün elektorata malikdir və dünyada millətçiliyin yüksəlməsi fonunda bu elektoratın dəyişəcəyi gözləntisi azdır;

Lakin bu seçkilər AKP-yə 2028-ci il üçün xəbərdarlıq xarakteri daşıyır və bunu nəzərə alacaqları bəllidir. Ümumilikdə isə Türkiyədə AKP-nin (hazırki siyasi xəttin) mərkəzi idarəçiliyi, CHP-nin isə yerli idarəçiliyi həyata keçirməsi kimi tendensiyanın başlandığı da müşahidə edilir.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər