Leyla Abdullayeva: Birinci dəfə deyil ki, Ermənistan rəsmilərinin tamamilə əsassız məlumatları ilə üzləşirik


Biz birinci dəfə deyil ki, Ermənistan rəsmilərinin tamamilə əsassız, yalan məlumatları ilə üzləşirik. 44 günlük müharibə zamanı Ermənistan tərəfinin yalan və saxta məlumatlarla ictimaiyyəti yanıltmaq cəhdlərinin nə ilə nəticələndiyini yaxşı xatırlayırıq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva Ermənistan rəsmiləri tərəfindən son günlərdə guya cari ilin 12-14 sentyabr tarixlərində baş vermiş hərbi təxribat zamanı Azərbaycan Ordusunun 400 nəfərdən çox itkisinin olması ilə bağlı səsləndirilən məlumatlarla bağlı açıqlamasında bildirib.
L.Abdullayeva qeyd edib: "Bildiyiniz kimi, 12-14 sentyabr tarixli toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin itkiləri ilə bağlı rəsmi məlumat Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilib. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatının qarşısının alınması zamanı 80 hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Müdafiə Nazirliyi, Ermənistan Müdafiə Nazirliyindən fərqli olaraq hərbi toqquşmalar zamanı həlak olan hərbi qulluqçularımız barədə məlumatı tam açıq və adbaad siyahının göstərilməsi ilə təqdim edir və bu siyahı Müdafiə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Şəhidlərimiz bizim qürur mənbəyimizdir, onların dəfn mərasimləri böyük izdihamın, ictimaiyyət nümayəndələrinin, o cümlədən dövlət rəsmilərinin iştirakı ilə keçirilir, KİV tərəfindən geniş işıqlandırılır. Bir daha vurğulamaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin hərbi qulluqçularının itkiləri ilə bağlı təqdim etdiyi məlumatlar heç bir şübhə doğura bilməz.
Görünən odur ki, Ermənistan rəsmiləri yalan məlumatlar yaymaqla, manipulyasiyalar yolu ilə cəmiyyətdə mövcud olan narazılıqlara, xüsusilə də övladlarını itirən qəzəbli valideynlərə təsir etmək istəyir. Ordusunun səriştəsizliyini ört-basdır etmək istəyən, ölkədaxili gündəmi eybəcər üsullarla dəyişməyə çalışan Ermənistan rəsmiləri nəhayət anlamalıdır ki, birinci növbədə, öz ölkələrində sabitliyi təmin etmək üçün təxribatlardan çəkinməli, qonşu ölkələrlə normallaşma və sülh istiqamətində konkret addımlar atmalıdırlar. Bunun başqa yolu mövcud deyil”.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər