Gündəm / Dünya
11.01.2023, 10:23
Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Rusiya növbəti eskalasiya üçün güc toplayır"
Rusiya növbəti eskalasiya üçün qüvvələr toplayır, dünya Rusiyanın təcavüzünü dayandırmalıdır".
Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
O qeyd edib ki, bu gün diplomatik marafonun yeni mərhələsi baş tutub - dörd Avropa lider ilə söhbət edib: Avropa Şurasının prezidenti, Belçikanın baş naziri, Estoniya prezidenti və İrlandiyanın baş naziri.
"Mən onlara döyüş meydanındakı vəziyyət barədə məlumat verdim - Donbassdakı çətin vəziyyət, Rusiyanın davamlı hücumları və Rusiyanın öz xalqını saymaması, yerlilərə aman verməməsi və heç bir cinayət əməlində dayanmaması haqqında", - Zelenski bildirib.
O vurğulayıb ki, buna Ukraynanın tərəfdaşlardan ala biləcəyi müasir hərbi texnikanın yeni səviyyəsi cavab verməlidir. Eyni zamanda o vurğulayıb ki, indi yeni güclü qərarların, yeni güclü dəstəyin vaxtı çatıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay