Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib


Bakı "Destination Dupes”un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram”, "TikTok” kimi sosial şəbəkələrdə ən populyar "dupe” istiqaməti kimi birinci yeri tutub.

Bu barədə "1st Move International”ın turizm ekspertlərinin apardığı araşdırmadan məlum olub.

Qeyd edək ki, ingilis dilindən "dublicate” sözünün (tərc."dublikat”, "analoq”) qısaldılmışı olan "dupe” kəlməsi böyük brendə bənzər, effektivliyi ilə də geri qalmayan, lakin daha ucuz məhsulu bir sözlə - daha sərfəli alternativi nəzərdə tutur.

"Destination Dupe” - izdihamlı və daha bahalı olanların əvəzinə daha az tanınan, araşdırılmamış səyahət istiqamətləri təklif edən tendensiyadır. Bunlar şəhərlər, milli parklar, ya da oxşar və daha populyar turizm yerlərini təkrarlayan, hətta onları üstələyən ölkələr ola bilər.

"Azərbaycanın paytaxtı Bakı getdikcə daha çox Dubayın dəbdəbəsinə alternativ kimi görünür. Dubay kimi Bakı da sürətli inkişaf yolu keçib və heyranedici müasir arxitekturaya malikdir. Bakıda həm də tarixi dərinliyi müasir estetika ilə birləşdirən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş, yaxşı qorunan İçərişəhəri var. Dubay kimi Bakı da yüksək səviyyəli qonaqpərvərliyi ilə tanınır, lakin daha zəngin mədəni təcrübə təqdim edir. Şəhər canlı caz səhnəsinə, 12-ci əsrə aid qədim tarixi sərvətlərə və müxtəlif kulinariya landşaftına ev sahibliyi edir”, - deyə tədqiqatda bildirilir.

"Destination Dupes” siyahısında birinci yerdə Barselonaya alternativ kimi Valensiya gəlir. Reytinqi Malayziyanın Kuala Lumpur şəhəri (Sinqapura alternativ), Monreal (Paris və Nyu-Yorka alternativ) və Sietl (Vankuverə alternativ) davam etdirir.

Bakı həmçinin "Instagram”da ən məşhur "dupe” məkana çevrilib və haqqında paylaşılan 34,8 milyon postla sosial şəbəkədə birinci yeri tutur. İkinci yerdə Taylandın Çianqmay şəhərinə alternativ kimi Kolumbiyanın Medellin şəhəri (33,4 milyon paylaşım) gəlir, üçüncü yerdə isə Valensiya (29,6 milyon post) qərarlaşıb.

Bakı, 2,4 postla "TikTok”da da birinci yerdədir və bu, onun qlobal səhnədə artan profilini əks etdirir. Siyahıda onu Medellin (2,2 milyon paylaşım), Valensiya və Monreal (hər biri 1,3 milyon paylaşım) izləyir.

Son xəbərlər

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Bütün xəbərlər