Cəmiyyət / Dünya / Manşet
27.03.2021, 08:43
SON DƏQİQƏ: Ermənistanla sərhədə çoxlu sayda texnika və ORDU YERİDİLDİ - Bu İSTİQAMƏTDƏ...
"Kanal1.az"
Naxçıvanda tank əleyhinə hərbi təlimlərin keçirilməsi fonunda bir xəbər diqqət çəkir: Türkiyə yeni hərbi təlimlər keçirmək məqsədilə Ermənistan sərhədinə tank, özüyeriyən artilleriya və zirehli avtomobillər gətirib.
Bu iki ehtimalı önə çıxarır:
- Türkiyə və Azərbaycan “tank müharibəsi” məşqini edir;
- Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün “əzələ nümayişi” göstərir;
Moskvada yenidən üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) görüşün keçiriləcəyi haqda məlumatlar var: görüşdə kommunikasiyanın açılması ilə bağlı rəsmi sənədin imzalanacağı və bundan sonra Zəngəzur dəhlizinin açılması istiqamətində real addımların atılacağı gözləniləndir.
Mümkün görüşdən öncə hərbi müstəvidə atılan addımlar təsadüfi deyil və o da mümkündür ki, görüş öncəsi Azərbaycan və Türkiyə ordusu Zəngəzurla sərhəddə növbəti hərbi təlimlər keçirsin: Bakı maraqlarını təmin etmək üçün “dəmir yumruğ”u da özü ilə masaya aparır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay