Gündəm / Cəmiyyət
30.11.2022, 14:38
Şəmkirdə elektrik yarımstansiyasında yanğın olub
Şəmkirdə yanğın hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Dəllərcəyir elektrik yarımstansiyasında qeydə alınıb.
Dəllərcəyir
yarımstansiyada transformatorda anidən yanğın başlayıb. Dərhal əraziyə
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət
Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən
avtomobilləri cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından
mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, stansiyanın əhatə etdiyi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay