Hadisə / Manşet
1.05.2021, 10:58
Bakıda yataqxana binasında yanğın olub
Bakıda yataqxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən “Kanal1.az”-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin dəhlizində 10 ədəd elektrik sayğacı, kabel 2 p.m və dolab 1 m² sahədə qismən yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay