Gündəm / Hadisə
12.03.2021, 10:01
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edilib
Bakıda yaşayış binasında yanğın olub.
"Kanal1.az" xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac, 7 ədəd qoruyucu açar və giriş-çıxış kabelləri 4 p.m yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay