Hadisə / Manşet
30.04.2021, 09:42
Bərdədə transformator, Gədəbəydə ev yanıb
Bərdə rayonunda transformatorun 4 ədəd açarı və çıxış kabeli 20 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Kanal1.az"-a verilən məlumata görə, transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gədəbəy rayonunun Xarxar kəndində ümumi sahəsi 42 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay