Cəmiyyət / Manşet
29.04.2021, 09:42
Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
"Kanal1.az"-ın Fövqəladə Hallar Nazirliyinin saytına xəbərinə görə, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb. Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay