Hadisə / Manşet
7.03.2021, 23:25
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Bakı şəhərinin Nəsimi rayonunda avtoyuma məntəqəsində yanğın baş verib.
"Kanal1.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 30 m² olan avtoyuma məntəqəsinin içərisində taxta konstruksiyadan ibarət köməkçi otaq 5 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.
Avtoyuma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay