Hadisə / Dünya / Manşet
10.05.2021, 10:13
Məşhur memar yol qəzasında öldü
Tanınmış alman-amerikalı memar Helmut Yan ABŞ-ın İllinoys ştatının Çicaqo şəhərində yol qəzasında həlak olub.
"Kanal1.az" bildirir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Şəhər Polis İdarəsinin rəisi Steven Miller bildirib ki, hadisə zamanı Helmut Yan velosipetdə olub. Qarşıdan gələn 2 avtomobilin toqquşması nəticəsində yaxınlıqda olan memar ölümcül xəsarət alıb.
"JAHN Architects" ofisinin rəhbəri 81 yaşlı memar Berlindəki "Sony Center" də daxil olmaqla, dünyada inşa edilmiş bir çox məşhur stadionlar, hava limanları və göydələnlərlə tanınır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay