Hadisə
27.07.2020, 12:48
Bakıda 40 yaşlı qadın yol qəzasında xəsarət aldı
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1980-ci il təvəllüdlü Əliyeva Xədicə Tahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ mil sümüyünün sınığı və baş nahiyəsinin əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay