Hadisə / Manşet
7.04.2021, 09:34
Bakıda gənc yol qəzasında xəsarət aldı
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
“Memar Əcəmi” metrostansiyasının yaxınlığında motosikletlə avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Adıgözəlov Edik Alik oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona sol baldır nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay