Əhmədzadənin Sabirabaddakı oliqarxı - Elman Nuriyev bölgənin kralıdır
Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Savaşı böyük zəfərimizlə başa çatdı. Torpaqlarımızın azad edilməsində şəhidlərimiz canından keçdi. Yaralı əsgərlərimizə dövlət başçısının göstərişi ilə böyük qayğı və diqqət göstərilir. Lakin 44 günlük Vətən Savaşı dövründə bəzi məmurlar gözə dəymədi. Daha sonra da savaşımız qələbə ilə yekunlaşandan sonra da öz övladlarını ABŞ-da təhsil adı ilə yollayan yerli balaca məmurlar da oldu. Belə məmurlardan biri də, Meliorasiya və Su Təsərrüfatı ASC-nin regional idarələrindən birinin rəhbəridir. Kür-Araz Çaylarının Aran Mühfaizə İdarəsinin rəisi Elman Nuriyev əslində 44 günlük savaş dövründə özünə imperiya qurmaqla məşğul idi. DİA.AZ-ın elektron poçtuna daxil olan məlumatda bildirilir ki, Elman Nuriyev Vətən Savaşı dönəmində bütün idarələrin texniki imkanları səfərbər olduğu bir zamanda özünə, qardaşına və qardaşının oğluna biznes imperiyası qururmuş.

Belə ki, E.Nuriyev uzun illərdir ki, 7 Aran rayonunu əhatə edən Kür və Araz çaylarının mühafizə bəndlərinin tikinti qadağan edilən ərazilərində özünə obyektlər inşa etməklə məşğul olub. DİA.AZ-a bilgi verən mənbə bildirir ki, uzun illərdir ki, Kür çayının Sabirabad şəhəri sahilində yerləşən "Şamlıq" Restoranı da E.Nuriyevə məxsusdur. E.Nuriyev 44 günlük Vətən Savaşı dövründə bu restoranı ləğv edərək özünə hektarlarla ərazidə, özü də Kür çayının mühafizə bəndləri zonasında böyük bir Şadlıq Evi inşa etməklə məşğul olub. Məlumat verən mənbə bildirir ki, bir çox yerli və idarələrin texnikaları işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə cəlb edildiyi bir vaxtda Nuriyev özünə şadlıq evi inşa etdirib və texnikaları da öz şəxsi mülkiyyətini, sərvətini artırmaq üçün saxlayıb.

Sabirabad rayonunda bütün əhali şəhidlərini son mənzilə yola salarkən, rayonun demək olar ki, bütün kəndlərində, rayon mərkəzində hər kəs yalnız şəhidlərinin əziz xatirəsini yad edərək onlara ehtiram saxladığı bir zamanda Elman Nuriyev şadlıq, toy, sərvət əldə etmək üçün özünə gün ağlamaqla məşğul olurdu.

Hazırda da hektarla ərazidə tikinti işləri tam sürəti ilə davam etməkdədir. Onu da əlavə edək ki, Əhməd Əhmədzadənin böyük qoyun sürülərini, balıq vətəgələrini, tikinti, təmir işlərini, həmçinin də dövlət büdcəsindən maliyyələşən idarələrə ayrılan ehtiyat hisslərini də məhz Nuriyevin başçılığı ilə qara bazarda, özü də qardaşı Saleh Nuriyevin dükanlarında "xırıd" edirlər. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə E.Nuriyevin Kür çayının mühafizə olunan bənd ərazisində inşa etdirdiyi Şadlıq Evində işləyən dövlət təşkilatına məxsus texnikalarının video görüntülərini də sizlərə təqdim edəcəyik. Eyni zamanda rayonda və Bakıda yerləşən obyektlərinin, özünə və yaxın ailə üzvlərinin məxsus bahalı avtomobil kolleksiyalarının görüntülərini də təqdim edəcəyik. Yeri gəlmişkən, Elman Nuriyevin inşa etdirdiyi Şadlıq Sarayı yalnız Kür çayının mühafizə zolağına düşmür. Eyni zamanda tikinti işləri aparılan ərazi Azərbaycanda "Qırmızı kitab"a düşən ağac növü olan Ulqun sahələrinin qırılması ilə nəticələnir. Qeyd edək ki, müvafiq qanunverciliyin tələblərinə əsasən Ulqun ağaclarının qırılmasına görə, ağır cəzalar, hətta cinayət təqibi də nəzərdə tutulur. Xüsusilə də hüquqi şəxslər və vəzifəli şəxslər üçün bu tədbirlər daha sərt şəkildə qanunvericilik toplusunda öz əksini tapır.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.(dia.az)

Əhmədzadənin Sabirabaddakı oliqarxı - Elman Nuriyev bölgənin kralıdır

Son xəbərlər

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Bütün xəbərlər