“Ramiz Mehdiyev Əfv Komissiyasının sədri deyil” - AÇIQLAMA
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi Prezidentin sərəncamı ilə müəyyənləşir. Buna uyğun olaraq, Prezident Administrasiyasının rəhbəri kimdirsə, komissiyanın sədri vəzifəsini də həmin şəxs daşıyır”.

Bu sözləri Modern.az-ın Əfv Məsələləri üzrə Komissiyanın tərkibi haqqında sorğusunu cavablandırarkən qurumun üzvü, “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev sosial şəbəkələr və bəzi KİV-lərdə Ramiz Mehdiyevin hələ də Əfv Məsələləri üzrə Komissiyanın sədri olduğu haqda yazılanları şərh edib.

O qeyd edib ki, Administrasiyanın rəhbəri dəyişdiyinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sədri də dəyişib:

“Artıq Administrasiyanın yeni rəhbəri Samir Nuriyev Əfv Məsələləri üzrə Komissiyanın sədri vəzifəsini daşıyır. Sadəcə, prosesin texniki tərəfləri həyata keçirilməmiş qalıb. Komissiyanın tərkibinin formalaşdırılması ölkə başçısının müvafiq sərəncamı ilə həyata keçirilir. Sərəncamda dəyişiklik edilməsi, komissiyanın üzvlərinin müəyyənləşdirilməsi və bunun President.az saytında əks olunması texniki məsələdir və tezliklə həllini tapacağına inanıram.

Komissiyanın tərkibində olan bəzi şəxslər vəzifəsini dəyişdiyi üçün buradakı fəaliyyətlərinə də xitam verilib. Məsələn, keçmiş daxili işlər naziri kimi Ramil Usubov komissiyanın üzvü idi. Artıq həmin vəzifədə Vilayət Eyvazov olduğu üçün komissiyanın da üzvü o olmalıdır. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Mədət Quliyev də artıq bu vəzifəni daşımır. O, komissiyanın tərkibindən çıxarılmalı, yerinə DTX-nın yeni rəisi Əli Nağıyev əlavə edilməlidir.

Yeni vəzifələrə uyğun komissiyanın tərkibi müəyyən olunacaq. Yəqin ki, yaxın vaxtlarda komissiya tam tərkibdə cəmiyyətə təqdim olunacaq. Hazırda hüquqi əsaslara görə, Ramiz Mehdiyev Əfv Komissiyasının sədri deyil. Qeyd etdiyim kimi texniki məsələlər tezlikdə həllini tapacaq”.

Ə.Nuriyevin sözlərinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sonuncu iclası ötən il olub:

“Əfv etmək Prezidentin müstəsna səlahiyyətidir. Komissiya isə yardımçı funksiyaları, prosedur məsələləri həyata keçirir.

Komissiyanın iclası koronovirus pandemiyası səbəbindən gecikir. Bu, elə məsələdir ki, onlayn həyata keçirmək o qədər də asan deyil. Əfv məsələsi ilə bağlı canlı müzakirələr aparılmalıdır. Bəzən olur ki, bir əfv sərəncamının həyata keçirilməsi üçün on günlərlə iclas keçiririk. Mövcud şərtlərə görə, komissiyanın iclasları saxlanıb”.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər