Ağdamda məmurlar xüsusi rejim qaydalarını pozmaqdan çəkinmirlər
Yerli hüquq-mühafizə orqanları isə heç bir tədbir görmürlər

Mart ayının 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejim tətbiq etdi. Xüsusi rejimin tələblərinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri müəyyən etdi. Həmin tədbirlərin sırasında dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi, bütün toy məclislərinin keçirilməsi qadağan edilməsi də vardı. Xüsusi rejim dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunması tələbi edilirdi.

Nazirlər Kabineti yanında Operativ Qərargahının bu qərarından təxminən bir ay sonra Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilməsi haqqında sərəncam verməsi haqqında məlumat yayıldı. Bu məlumat prezident İlham Əliyevin xüsusi karantin rejimin tələblərinə nə qədər önəm verməsini göstərirdi.

Ağdam rayonundan "Yeni Sözçü"qəzetinin redaksiyasına daxil olan bir məlumata görə, məmurlar xüsusi rejim qaydalarını pozmaqdan çəkinmirlər. Məlumata görə Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova iyul ayının 9-da qapalı yerdə çoxsaylı insanların iştirakı ilə nişan mərasimi keçirib. Bundan əvvəl isə Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova bacısı oğlunun da toy mərasimi olub.
Mərasimindən çəkilmiş şəkildə də qapalı məkanlarda bütün toy məclislərinin keçirilməsinin qadağan olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci tarixli qərarının tələblərinin kobud şəkildə pozulduğu aydın görünür.

Məlumata görə, bu şadlıq mərasimləri haqqında Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovu əvvəlcədən məlumatlandırıb və onun razılığı alınıb. Buna görə hüquq-mühafizə orqanları nişan mərasiminin qarşısını almaq üçün heç bir tədbir görməyiblər.

Məlumatda belə halların bundan əvvəl də baş verdiyi qeyd olunur. Faktla bağlı Prezident Adminstarsiyasının və Təhsil Nazirliyinin hansı tədbir görəcəyini izləməyə çalışacağıq.
Sozcu.info

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər