ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

 

 

 Redaksiyamıza şəhid ailələri tərəfindən daxil olan şikayətdə bildirilir ki, Beyləqan rayon Yuxarı Aran kəndində yerləşən Sirac Əhməd oğlu Mehdiyev adına olan orta məktəb olduqca yararsız vəziyyətdədir. Dəfələrlə Təhsil Nazirliyinə, Beyləqan rayon İcra Hakimiyyətinə və digər dövlət strukturlarına edilən müraciətlərə baxmayaraq məsələ ilə bağlı tədbir görən yoxdur, məsələ biganə yanaşırlar. Məktəbin hansı vəziyyətdə olduğu video materialda açıq şəkildə görünür. Gələcəyimiz olan gənclər bu gün bu cür qəzalı vəziyyətdə olan məktəbdə təhsil alırlar. 5 dəqiqə sonra başlarına hansı fəlakətin gələcəyini bilmədən. Həqiqət budur ki, sözügedən məktəbdə təhsil alan hər bir şagirdin həyatı bu gün təhlükə altındadır. Dövlət başçımız cənab İlham Əliyev hər zaman təhsilimizə böyük diqqət və qayğı göstərir. Onun çiçəklənməsi yolunda əlindən gələni əsirgəmir. Bəs bu gün Təhsil Naziri cənab Emin Əmrullayev və Beyləqan rayon icra başçısı Ağayev Asif Əzizağa oğlu niyə Prezidentimizin verdiyi səlahiyyətləri heçə sayaraq, vəzifələrindən sui istifadə edirlər? Kimə və nəyə arxayın olub bu gün at oynadırlar. Sözügedən Beyləqan rayon Yuxarı Aran kəndinin yolları da çox bərbad və əlverişsiz haldadır. İcra başçısı Asif müəllim öz üzərinə düşən öhdəlikləri layiqincə icra edə bilmir.
Öz gəncliyini ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhid Sirac Əhməd oğlu Mehdiyevin adını daşıyan bu orta məktəb ölkəmizin adına utancdır, qara ləkədir.
Kanal1.az İnformasiya Xəbər Portalının, yəni redaksiyamızın rəhbəri Arzu Orucov özü məhz 22.04.2024-cü il tarixində sözügedən məktəbdə olacaq.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Öz vəzifəsindən sui istifadə edən hər bir məmur araşdırılmalı, barəsində ciddi tədbirlər görülməlidir. Həmçinin bütün güc strukturlarından xahiş edirik ki, qəzalı məktəb barəsində tezliklə ciddi bir tədbir görülsün.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

 

 

 

 

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

 

 

Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru
Arzu Orucov

 

 

 
 
 
 
 
 

Son xəbərlər

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Bütün xəbərlər