Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq



Mövsümü olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan daha ucuz xiyar tapmaq mümkün deyil. Bəs nə üçün pomidor və xiyarın qiyməti hələ də əl yandırır?

Qiyməti tələb-təklif müəyyənləşdirir

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun "Kaspi” qəzetinə verdiyi məlumata görə, qiymətləri bazarda tələb və təklif müəyyənləşdirir. Tərəvəzin kütləvi şəkildə istehsalı, təbii məhsulların bazara çıxarılması may ayından başlayır. Bundan sonra qiymətlərdə sabitləşməni görə bilərik.

Yerli pomidor bazara iyun ayında çıxarılacaq

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev də bildirdi ki, mövsüm başlayır. Lakin havaların dəyişkən keçməsi məhsulun bazara çıxışına öz təsirini göstərir: "Hər zaman bu dövr qış mövsümünün yekunu, yay mövsümünün başlanğıcıdır. Artıq may ayında bir çox tərəvəzlər yetişəcək. İyun ayında açıq sahələrdə yetişdirilən pomidorlar da bazara çıxarılacaq. Bu səbəbdən mövsüm başlayır deyə bilərik. Bir çox tərəvəzlər fevralın əvvəlindən əkilib. Onların vegetasiyasının orta müddətidir. Buna qlobal iqlim dəyişiklikləri də təsir göstərir. Fevral ayında havalar isti keçdi. Bu iqlim şəraiti bitkilərə də mənfi təsirini göstərir”.

E.Allahverdiyevin fikrincə, bu tərəvəzlərin ucuzlaşmasını görmək üçün onların kütləvi yetişdirildiyi dövrü gözləmək daha doğru olar: "Maydan etibarən bir çox tərəvəzlər bazara daha çox daxil olduğundan, qiymətlər də daha ucuz olur”.

Su çatışmazlığı da qiymətə təsir göstərir

İqtisadçı Rauf Qarayev isə qeyd etdi ki, hazırda tərəvəzlərin baha olmasına təsir edən amillər su səviyyəsinin aşağı olması, suvarmanın düzgün həyata keçirilməməsidir: "Havaya baxdıqda görürük ki, sabit keçmir. Yalnız son bir həftədir havalar istiləşib, yəni 30 dərəcə həddindədir. Bundan əlavə, suvarma sistemində də çətinliklər mövcuddur. Qonşu ölkələrdə yağıntılar çox olduğundan çaylar öz mənbəyindən çıxıb, bizdə isə belə hallar müşahidə olunmur. Deməli, lazımi dərəcədə yağıntı olmayıb ki, çaylar bol sulu deyil. Yağıntının normadan artıq və ya az olması, hər ikisi kənd təsərrüfatı üçün məqbul hesab edilmir. Sululuq çox olanda sel daşqınlarına və əkin sahələrinin məhvinə, az olması isə quraqlığa və məhsulun az olmasına gətirib çıxarır. Su hövzələrin az olması və sudan qənaətlə istifadə edilməməsi, əkin sahələrinə bərabər miqdarda su verilməməsi məhsulların ucuzlaşmasına imkan vermir. Hesab edirəm ki, may ayının ortalarından etibarən bazarda bu məhsulların qiyməti sabitləşəcək”.

Yeni çıxan məhsullar tələbatımızı ödəmir

Fermer Anar Abbasov bu il müşahidə olunan bahalaşmanı bəzi amillərlə əlaqələndirdi: "Xiyar keçən il bol əkilmişdi. Fermerlər ziyana düşdülər. Keçən il həmçinin pomidor baha olduğu üçün bu il daha az əkiblər. İstixana əkinində birinci və ikinci dövriyyə əkinləri olur. Hazırda birinci əkin dövriyyəsi bitib, ikinci dövriyyənin əkinləri isə yeni-yeni çıxmağa başlayır. Onlar da hələ çox azdır. Yenicə çıxan məhsullar isə ölkəmizin tələbatını ödəmək potensialında deyil. Həmçinin Rusiyaya da pomidor göndərilir. Çünki təkcə İran Rusiyanı pomidor ilə təmin edə bilmir”.

Xiyar ucuzlaşsa da, pomidor bahalaşacaq

Fermerin sözlərinə görə, bahalaşma bir neçə gün də davam edəcək, lakin may ayında artıq qiymət enmələri müşahidə edə biləcəyik: "Mayın əvvəllərində xiyarın qiyməti düşəcək. Ayın ilk ongünlüyündə pomidorun qiyməti qalxa bilər. Amma ondan sonra pomidorun qiymətində də eniş müşahidə ediləcək. Yaxın günlərdə xiyarın orta qiyməti 1,2 manat olacaq. Pomidorun qiyməti isə əksinə, bahalaşacaq. Yaxın günlərdə Salyan pomidorunun qiyməti dörd manatın üzərinə qalxacaq, Bakı pomidoru isə ondan da baha satılacaq”.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər