Teref.az-ın poçtuna daxil olan müraciəti oxuculara təqdim edirik:
Azərbaycan Respublikası Elm və Təhsil Naziri
Cənab Emin Əmirullayev,

Surəti: Azərbaycan Respublikası İnsan hüquqları üzrə
müvəkkili xanım Səbinə Əliyeva,

Surəti: Azərbaycan Respublikası Lənkəran Rayon İcra
Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov,

Surəti: Azərbaycan Respublikası Lənkəran ŞRPŞ-nin
rəisi cənab Azər Cahangirov,

Surəti: Azərbaycan Respublikası Lənkəran-Astara Regional
Təhsil İdarəsinin müdiri cənab Elxan Nəcəfov.

Surəti: Azərbaycan Respublikası media nümayəndələrinə.

Azərbaycan Respublikası Lənkəran Rayon İcra və
Probasiya Şöbəsinin icraatında olan 186187/2022-
25-19 nömrəli icra işi üzrə, Lənkəran şəhəri, Sabir
küçəsi, ev 1/16 ünvanında yaşayan tələbkar-
Nuriyeva Röya Əlipaşa qızı tərəfindən

Ş İ K A Y Ə T


Ş İ K A Y Ə T
Lənkəran Rayon, Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbinin müəllimi R.Nuriyeva redaksiyamıza məktub ünvanlayaraq, işlədiyi müddətdə dərsi zamanı azyaşlı şagirdlərimin gözü önündə məktəbin şagirdi Xxxx (ad məktəbli olduğu üçün qeyd olunmur) və kənd sakini Vüsalə Əliyeva tərəfindən dəfələrlə döyüldüyünü bildirmişdir. Belə ki, Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinin və Lənkəran Rayon Məhkəməsinin Qərarları ilə tanış olmuşam. Hazırki halda, həmin rəsmi Qərarları işıqlandırmasaq da, həmin qərarların surəti adiyyəti qurumlara- Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmirullayev, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili Səbinə xanım Əliyeva, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov, Lənkəran ŞRPŞ-nin rəisi cənab Azər Cahangirov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri cənab Elxan Nəcəfova göndərilmişdir.

Belə ki, şagird dəfələrlə Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli hesab edilib, lakin 15 yaşı olduğu üçün formal sayılaraq məsuliyyətə cəlb olunmayıb. Şagirdin anası Vüsalə Əliyeva isə ictimai vəzifə daşıyan müəllim R.Nuriyevanı döydüyünə görə həbs edilmişdir. Belə ki, hazırda şagird və anası Vüsalə Əliyeva hətta onu öldürəcəyəni Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri cənab Elxan Nəcəfovun dediyinə görə bildirmişdir. Cənab Elxan Nəcəfov isə bu hədə və ya xəbərdarlıqla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etmək əvəzinə, məktəb müəlliməsinə iş yerini dəyişməsini, işdən çıxmasını xahiş etdi. Halbuki, kurikulum və pedaqogikaya əsasən, şagird müəlliməsini dəfələrlə döydüyünə görə ona cəza və tərbiyə metodu olaraq məktəbini məcburi başqa məktəbə dəyişdirmək lazım idi. Çox təəssüf ki, cənab Elxan Nəcəfov məsələyə birtərəfli yanaşır. Bununla belə, AR Daxili İşlər Naziri cənab Vilayət Eyvazov məktəbin müəlliməsini Lənkəran şəhərində şəxsən 30 mart 2022-ci il tarixdə qəbul edərək, ona məktəbin şagirdi azyaşlı olduğu üçün formal sayılaraq, məktəbin müəllimi, yəni R.Nuriyevanı döydüyü üçün formal sayılaraq məsuliyyətə cəlb edilməsə belə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə şagirdin yerini başqa məktəbə dəyişdirmək üçün təqdimat ilə müraciət ediləcəyini bildirdi. Hətta AR Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun qəbulundan bir neçə gün sonra Daxili İşlər Nazirliyinin əməkdaşı Əkbər Əkbərli Röya müəlliməni qəbul edərək, ondan təşəkkür yazmasını xahiş edərək, şagirdin yerini başqa məktəbə dəyişdirmək üçün təqdimat yazılacağına söz belə vermişdir. Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri cənab Elxan Nəcəfovun qəbulunda olduqda R.Nuriyevaya, məktəb şagirdinin barəsində hüquq-mühafizə orqanlarının təqdimatı olduğu halda onun yerini başqa məktəbə dəyişə biləcəyini qeyd etdi. Diqqətinizə çatdıraq ki, şagird hər dəfə məktəb müəlliməsini döydükdə yetkinlik yaşına çatmayan barəsində profilaktiki tədbir görülməsindən ötrü Lənkəran İcra Hakimiyyətində qeydə alınmışdır, lakin nəticə olaraq müəllimə daha da ağır döyülüb, hazırda ölümü ilə hədələnir. Odur ki, Sizdən xahiş edirəm, Lənkəran rayon, Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbinin şagirdi Xxxxx (adı kütləvi informasiya vasitələrində məktəbli olduğu üçün qeyd olunmur) məktəb müəllimini döydüyünə görə (döyməsini təsdiq edən Qərarları adiyyəti qurumlara göndərilib) kurikulum və pedaqogikaya, ölkə qanunlarımıza əsasən yerini başqa məktəbə dəyişməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdimat ilə müraciət edəsiniz. Sizdən xahiş edirəm, Lənkəran rayon, Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbinin şagirdi məktəb müəllimi R.Nuriyevanı döydüyünə görə kurikulum və pedaqogikaya, ölkə qanunlarımıza əsasən çətin tərbiyə olunan yeniyetmə olduğundan yerini başqa məktəbə dəyişəsiniz. Belə ki, şagird həm də açıq-saçıq geyim, makyajlı halda məktəbə gəlməklə (hətta bunlar məhkəməyə təqdim edilmiş videogörüntülərdə və kütləvi informasiya vasitələrində aydın göstərilmişdir), hətta Lənkəran ŞRPŞ-nin polis işçisini yaralaması, barəsində Kütləvi informasiya vasitələrində yayılmış əxlaqsız məlumatlar çox təəssüf ki, şagirdin açıq-aşkar çətin tərbiyə olunan yeniyetmə olduğunu isbat edir.
Odur ki, qeyd edilən hüquqi faktlara istinadən Lənkəran rayon, Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbinin müəllimi R.Nuriyevanın həyatına real təhlükə olduğunu nəzərə alaraq, adiyyəti qurumların hərəkətə keçirilməsini xahiş edirik.
Qeyd:

Qoşma:
1) Mən ictimai vəzifə daşıyan tam orta məktəb müəlliməsinin şagird D.Ə və anası
Vüsalə Əliyeva tərəfindən döyülməyimi təsdiq edən Qərarlar

Hörmətlə, Nuriyeva Röya Əlipaşa qızı elektron qaydada: [email protected]
Tarix: 24 avqust 2022-ci il
Teref.az olaraq Lənkəran Rayon, Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbin direktoru Arzu Mirzəyeva ilə danışdıq və məktəb direktorunun dediyindən belə başa düşdük ki, onun əlində heç bir səlahiyyət yoxdur. Problemləri ya Nazirlik yada Təhsil İdarəsi həll etməlidir.
Teref.az olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran Təhsil Sektorunun inspektoru, aparıcı məsləhətçi Sabir Əliyevlədə bu problem barədə danışdıq. Sabir müəllimin dediyinə görə onlar müəllimənin problemlərindən xəbərləri var və qarşıda gələn dərs ilində məktəbdə heç bir problem baş verməməsi üçün məktəb rəhbərliyini təlimatlandırıblar. Sabir müəllim Röya xanımın bir il ərzində almadığı maaşı ona ödəniləcəyinidə dedi!
Teref.az olaraq bu hadisənin necə cərəyan edəcəyini nəzarətə götürmüşük və içtimaiyyəti məlumatlandılracağıq!
Teref.az



Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər