Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR

 

Təhsil sahəsinin gələcək nəslin yetişməsində əvəzsiz olduğu hər kəsə məlumdur. Boş yerə deyilməyib ki, bir milləti məhv etmək üçün öncə onun düşünən beyinlərini və savadlı kütləsini yox etmək lazımdır. Gələcək isə təhsil ocaqlarından, bağça və məktəblərdən başlayır. Çünki məhz təhsil ocaqlarında təlim-tərbiyə ön plana çıxır. Bu iş isə zəhmətkeş, dürüst və peşəsini vicdanla görən müəllimlərin üzərinə düşür. Lakin təəssüflər olsun ki, hələ də Azərbaycanın təhsil sahəsini uçuruma aparan, sağlam gələcək yetişdirmək əvəzinə gələcəyimizi məhv etməyə səy göstərən "pedaqoq”lara rast gəlinir. Özüdə ən təhlükəli məqam ondan ibarətdir ki, bu cür "pedaqoq”ların əksəriyyəti məktəblərdə rəhbər vəzifələrdə təmsil olunurlar. Bu rəhbərlər isə "burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edərək təhsil müəssisələrini bərbad vəziyyətə qoyurlar. Beləcə gələcək nəsillərimiz məhv edilir.

TehsilMedia.az xəbər verir ki, özbaşınalığın, qanunsuzluğun tüğyan etdiyi növbəti təhsil müəssisəsi Bakı şəhər Xəzər Rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbdir. Hər halda bu barədə iddianı adının açıqlanmasını istəməyən mənbə səsləndirib və məlumatları redaksiyamıza göndərib. Mənbənin iddiasına görə, adıçəkilən məktəbin direktoru Şərbətova Aysel Bəxtiyar qızı təhsil müəssisəsinə ayaq basdığı ilk gündən guşədəki şəhid şəkillərini 10 manatdan satıb: "Məktəbdə dəfələrlə bıçaqlanma hadisəsi olsa da, direktor müxtəlif yollarla bunu ört-basdır etməyi bacarıb. Eyni zamanda, məktəbin fiziki tərbiyə müəllimi 8-ci sinif şagirdinə cinsi təcavüz etsə də, direktor Aysel Şərbətova faktı gizlətməyə cəhd göstərib. Lakin hüquq mühafizə orqanlarının araşdırması nəticəsində fakt öz təsdiqini tapıb və cinayətkar "müəllim” həbs olunub”.

Mənbənin bildirdiyinə görə, direktor Aysel Şərbətova 2021-ci ildə direktor vəzifəsinə təyin olunsa da, cəmisi iki il ərzində özünə xeyli mülk almağı bacarıb: "Onun Bakıda çoxmərtəbəli binada evi, Binə qəsəbəsində həyət evi var. Sentyabr ayında isə özünə, dəyəri 50 min manat olan son model avtomobil alıb.

Hətta övladlarının baş hərfi ilə başlayan "zerkalnı” avtomobil nömrəsi almaqdan çəkinməyib. Övladı illiyi 5 min manat olan Atatürk liseyində oxuyur. Aysel Şərbətova bütün bu var-dövləti məktəb direktoru və MİQ imtahanında komissiya sədri olmaqla əldə edib. Amma təbii ki, dövlətin verdiyi maaş yox, aldığı rüşvət hesabına. Bundan başqa direktor müəllimlər, texniki işçilər və valideynlərlə kobud rəftarı ilə tanınır. Bakı Şəhər Təhsil İdarəsində ona himayədarlıq edənlərin olması Aysel Şərbətovanın əl-qolunu açır və direktor özbaşınalıqlarını davam etdirir. Onun yarıtmaz idarəçiliyi səbəbindən neçə-neçə savadlı müəllim məktəbi tərk etmək məcburiyyətində qalıb. On ildən çox pedaqoji fəaliyyəti olan şəxsin son iki ildə bu qədər var-dövlətə sahib olması ciddi suallar doğurur”.

Ümid edirik ki, bu qədər qanunsuzluğun, rüşvətin və özbaşınalığın tüğyan etdiyi məktəb və onun rəhbərliyi haqda aidiyyatı qurumlar ciddi araşdırmalara başlayacaq və iddialar təsdiqini taparsa, Aysel Şərbətova barəsində ciddi ölçü götürəcəklər. Əks halda, təhsil adına xələl gətirən bu cür şəxslərin sayı günbəgün artacaq və gələcəyimiz ciddi təhlükə altına düşəcək.

Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? - ŞOK FAKTLAR

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Son xəbərlər

"GÜLƏN GÖZLƏR AZƏRBAYCAN" MMC-NİN TƏSİSÇİSİ VƏ DİREKTORU ELNARƏ XANIM ÖZ İŞİNİN PEŞƏKARI BİR İNSANDIR

Türkiyəyə getmək istəyənlərin nəzərinə - QİYMƏTLƏR UCUZLAŞACAQ

Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi

20-ci polis şöbəsi 102 çağrışına laqeyd yanaşmasından şikayətçi olan vətəndaş.Bu nədir belə?

Sabah Bakıda bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

“Hüquq-mühafizə orqanları dedi, girmə, yenə öz bildiyimi elədim”

Sərhəddə GƏRGİNLİK: Tatoyan yeni xəritə yaydı – “Azərbaycan Ordusu 2,6 km…”

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib – QƏRAR

İtaliya saytı Xocalı soyqırımından yazıb

“Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır” – MN

Rusiyanın insan itkisi 410 minə çatır – Yeni siyahı

Mənzil almaq istəyənlərin nəzərinə - EHTİYATLI OLUN

Fransa və NATO ilə “dostluq” edən Ermənistanı nə gözləyir?

1 SAYLI PSiXONEVROLOJi SOSiAL XiDMƏT MÜƏSSiSƏSiNDƏ ƏXLAQSIZLIQ…

Zaur Mikayılov Şafiq Heydərovun əməllərindən nə vaxt xəbər tutacaq?..- ŞİKAYƏT

Şuşaya işıq çəkən sahibkarın 5 milyon manatını kim mənimsəyib?

MN-də 143 milyonluq mənimsəmə: Ona çatan pulla razı deyildi, ev almaq istəyirdi

İlham Əliyev sərəncam imzaladı

Həbs edilən Mirdaməd Əzizov kimdir? – Özünü general kimi təqdim edirdi

Güzəştli mənzil vədi ilə insanları aldadan şəxs həbs edildi

“Ağdamdakı stadiona Qurban Qurbanovun adı verilsin” təklifi narazılıq yaratdı

TƏBRİK EDİRİK

Mənzil bazarında durğunluq yaşanır: Səbəb nədir? - VİDEO

Ailəsini öldürməkdə təqsirləndirilən Əhməddən YENİ XƏBƏR - VİDEO

“Deməli,”Asan xidmət”də də erməni əli var?” – Tanınmış YAP funksioneri

Professorla şöbə müdiri bir-birini məhkəməyə verdi – TƏFƏRRÜAT

Kamilin saxlanılması Rusiyada kimin oyunudur? – faktlar

KOLLEC DİREKTORU HAQQINDA ŞOK İDDİALAR – Şahin Əliyevin qanunsuz yollarla yığdığı “topdağıtmaz” sərvət / VİDEO

Həbsdə olan erməni separatçıları əfv oluna bilərmi?

“Bank Respublika”nın vəzifəli şəxsi əmanətçilərin pullarını “tik-tok”da xərcləyib

Vəliyevlər imperiyası çökür: rektorun oğlanları həbs oluna bilər – VİDEO

“DAVANI ELNUR MƏMMƏDOV SALIB” – Masasında əyləşmiş xanım şahid oliqarx oğlunu ifşa etdi + VİDEO

Bakıda bu evlərin qiymətləri bahalaşdı

Bütün xəbərlər