Zirzəmisi oyulan bina yıxılanda kim cavab verəcək: Kəmaləddin Heydərovmu, Abdin Fərzəliyevmi? – İnsan həyatı bu qədərmi UCUZDUR?

 

Xırdalan şəhəri, Qalibiyyə küçəsi (köhnə adla Nəsibə Zeynalova küçəsi), 27 ünvandakı (bazarın və bələdiyyə binasının yaxınlığı) binanın zirzəmisində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olan dəyişikliklər edilməsi, binanın bünövrə və konstruksiyasına bu cür özbaşına müdaxilənin onun etibarlılığını və təhlükəsizliyini azaltması, beton təbəqələrin kəsilərək qapı oyuğu açılması, dayanıqlığı təmin edən armaturların doğranması barədə narahatlığımızı "Nyus.az” internet xəbər portalında dərc olunan "Abdin Fərzəliyev yaşayış binasını qəzalı vəziyyətə salıb?” sərlövhəli, video-materialla müşayiət olunan tənqidi məqaləmizdə bildirmişdik. Sözügedən neqativ faktla bağlı ölkə Prezidentinə, Birinci Vitse-Prezidentə, Baş nazirə, Fövqəladə hallar nazirinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə, Abşeron rayon İcra Hakimiyyətinin başçısına ünvanladığımız 6 mart 2024-cü il tarixli məktublarımızda sözügedən binanın zirzəmisinin sakinlərin sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin rəisi Mehman Səfərov tərəfindən peşəsi həkim olan bir şəxsə satıldığı barədə informasiyanı, habelə Mehman Səfərovun özünün bu məsələ barədə sualımıza verdiyi cavabı qeyd etmişdik:

"Həmin işlər mənlik deyil, yaxşı olar ki, bu kimi suallarınızı Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə verin. Bilmək lazımdır ki, bu rayonun ərazisində bütün işlər icra başçısının razılığı ilə həyata keçirilir. Halbuki, "Nyus.az” xəbər portalında gedən məlum başlıqlı məqaləyə Abşeron Rayon İcra Hakimiyyətinin feyzbuk səhifəsindən yazılmış şərhdə bildirilir ki, sözügedən videoda nümayiş olunan neqativ halın tez bir zamanda aradan qaldırılması üçün RİH-nin Memarlıq və Tikinti Şöbəsinə və Abadlıq və Kommunal Xidmətlər İdarəsinə müvafiq tapşırıqlar verilmişdir.

Deməli, Mehman Səfərov bunca qanunsuz işlərə rəvac verməklə, əlbəttə ki, ona etimad göstərmiş icra başçısı Abdin Fərzəliyevin fəaliyyətinə kölgə salır. Başqa sözlə, idarə rəisi ictimaiyyətdə elə rəy yaratmağa çalışır ki, guya icra başçısı "dovşana qaç, tazıya tut” deyir. Hərçənd, nə bilmək olar? Bizə qəribə gələn budur ki, faktla bağlı tərəfimizdən məktubla müraciət edilən adresatlardan biri də Abşeron rayon rəhbərliyidir və icra hakimiyyəti zirzəmidə aparılan qanunsuz işlərin təcili dayandırılması üçün heç də tələsmir. Qarşıdan Novruz bayramının gəldiyini nəzərə alsaq, keçmiş müşahidələrimizdən çıxardığımız təcrübəyə əsasən deyə bilərik ki, yəqin vaxtı uzatmağa çalışırlar – ümid edirlər ki, tətil günlərində "dərə xəlvət” olacaq, "tülkü bəylər” də öz işlərini sürətlə görüb-bitirəcəklər.

Amma məsələ burasıdır ki, Allah eləməmişkən, sabah zirzəmisinin dayaqları sökülmüş bina uçub-dağılsa, bunun cavabını kim, hansı vəzifəli şəxs verəcək, FHN rəhbəri cənab Kəmaləddin Heydərovmu, Abşeron RİH başçısı cənab Abdin Fərzəliyevmi? Problemin faciə ilə sonuclanmasını qabaqlamaq üçün qeyd olunan yaşayış binasının zirzəmisinə aidiyyəti orqanların əməkdaşları baxış keçirməli, vəziyyəti yerində qiymətləndirməli, lazımi ölçü götürməli, ən əsası isə söküntü işlərini dərhal dayandırmalıdırlar. Ən nəhayət, təqsirkarlar müəyyənləşdirilərək, barələrində müvafiq tədbir görülməlidir. Bizə qəribə gələn budur ki, faktla bağlı tərəfimizdən məktubla müraciət edilən adresatlardan biri də Abşeron rayon rəhbərliyi, cənab başçı Abdin Fərzəliyevdir.

 

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər