Bakıda bu ünvandakı yaşayış binası sökülür - sakinlər narazıdır - VİDEO


Paytaxtın Nəsimi rayonu, 2-ci mikrorayon, Rəşid Məmmədov küçəsi 25 ünvanında yerləşən beşmərtəbəli yaşayış binası sökülür.

"Kanal1.az" xəbər verir ki, sakinlər binada yaşadıqları halda tikinti şirkəti söküntü işlərinə başlayıb. İşlərə blokun üstündəki pəncərələrin sökülüb kənara yığılması ilə start verilib.

Həmin binada yaşayan sakinlər deyirlər ki, onların razılığı olmadan ''Xəzər İnşaat XXI Əsr'' Mənzil-Tikinti Kooperativi tərəfindən söküntü işləri aparılır. Onlar iddia edirlər ki, tikinti şirkəti binada yaşayan bir qrup şəxslə razılığa gəlsə də, digərləri binanın sökülərək yerində yenisinin tikilməsinə razılıq verməyiblər.

Sakinlərin sözlərinə görə, şirkətdən 2018-ci ilin may ayında şifahi olaraq onlara məlumat veriblər ki, həmin bina pilot layihə əsasında söküləcək.

Məsələni araşdırmaq üçün sakinlər Fövqəladə Hallar Nazirliyinə, Nəsimi Rayon İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat veriblər. Sakinlərin iddiasına görə, bütün qurumlar binanın söküntüsünə rəsmi qaydada icazə verməyiblər.

''Xəzər İnşaat XXI Əsr'' Mənzil-Tikinti Kooperativindən məsələyə münasibət öyrənmək istəsək də, şirkətdən heç bir açıqlama verilməyəcəyini bildirdilər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu ''Xəzər Xəbər''ə bildirdi ki, həmin MTK tərəfindən çoxmərtəbəli yaşayış binalarının tikintisinə dair təqdim edilmiş planlaşdırma sənədi şəhərsalma və tikinti normalarına uyğunluğu yoxlanaraq təsdiq edilib. Qurum rəsmisi onu da bildirdi ki, hazırda tikintiyə icazə icraatı çərçivəsində aidiyyəti dövlət qurumlarının rəyləri toplanır. Yalnız bu rəy alındıqdan sonra ərazidə söküntü və tikinti işləri aparıla bilər.

"Kanal1.az" mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər