2 ildə Adını 2 Dəfə Dəyişən MTK Tikintiyə icazəsiz Başlayıb? – Sənədlər
 
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi "Avant Group” Mənzil-Tikinti Kooperativinə (MTK) Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 241 saylı sahədə 5 ədəd 16-18 mərtəbəli yaşayış binalarının və 3 ədəd 2 mərtəbəli qeyri-yaşayış (mağaza) binalarının tikintisinə icazə verib.

TEREF.AZ xəbər verir ki, obyektin tikintisinə 23.05.2022-ci il tarixində Tİ-56/22 saylı sənəd əsasında icazə verilib.

Açıqlanan rəsmi məlumatda həmçinin göstərilir ki, tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyi 17.01.2022-ci il tarixində (sənəd nömrəsi 32404), dövlət ekoloji ekspertizasının rəyi 16.03.2022-ci il tarixində (BER-22/057), şəhərsalma sənədlərinə uyğunluq barədə rəy 07.4.2022-ci il tarixində (MİHO/2.1.2-2-2022-1641) verilib. Tikinti obyektinə verilmiş kodun (01100003-3-1101-004843/0622 ) tarixi isə 04.06.2022-ci ilə təsadüf edir.

Lakin, maraqlı məqam odur ki, "Avant Group” MTK qeyd olunan ünvandakı tikintiyə rəsmi icazələrin verilmsindən əvvəl – ötən ilin dekabr ayında başlayıb. 2021-ci ilin dekabr ayının 8-də Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 241 ünvanında "Avant Park” yaşayış kompleksinin inşaat işlərinə start verilib. Bu barədə həm mətbuatda, həm də sosial şəbəkələrdə geniş məlumat yayılıb. "Avant Group” MTK tikintiyə rəsmi icazənin verilməsindən əvvəl sosial şəbəkələrdə satış elanlarını belə yerləşdirməyə başlayıb.


Məlumat üçün onu da qeyd edək ki, "Avant Group” MTK 07.05.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 1 milyon 100 manat olan MTK-nın qanuni təmsilçisi Kazımlı Kamran Rizavan oğludur.


Onu da bildirək ki, MTK son 2 ildə adını 2 dəfə dəyişib. 2020-ci ilin dekabr ayına kimi MTK-nın adı "Güvən”, 2021-ci ilin oktyabr ayına kimi isə "İnternational Developmet Group” olub.


Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən "Avant Group” MTK-nın məsul şəxsi Rüfət Abdullayev bildirdi ki, tikintiyə icazə almaq üçün böyük sayda sənədlər təqdim olunur: "Müvafiq prosedur qaydalar başladığı zaman bəzi önləyici yazışmalarla mərkəzi icra hakimiyyəti orqanı, hansıkı buna nəzarət edir, müvafiq icazələrlə hər hansı işlərin başlanmasına icazə verir. Yəqin ki, prosedur bitəndən sonra məlumat kimi öz saytlarına qoyublar”. Rüfət Abdullayev daha sonra bildirdi ki, o daha ətraflı məlumat almaq üçün şirkətin memarlıq şöbəsinin əməkdaşları ilə əlaqə saxlayacaq və icazə sənədlərinin niyə həmin tarixlərdə göstərildiyinə aydınlıq gətirəcək.Yeniavaz.com

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər