300 nömrəli məktəbdə pul yığımı – Müəllimlər direktorun “tası” qaldırmasından narazıdır
Binəqədi rayon 300 nömrəli orta məktəbdə "8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığımı başa çatıb.
Xalqxeber.az-ın Əldə etdiyimiz məlumata görə, məktəb direktoru
İradə Xəlilovanın hər il "8 mart – Beynəlxalq Qadınlar günü”
münasibətilə pul sinif rəhbərlərinə qoyduğu "tas”ın qaldırması bir çox
müəllimlərin narazılığına səbəb olub. Belə ki, keçmişdə 8 marta görə hər
sinifdən 250-300 manat hesab alan İradə Xəlilova bu dəfə qiymətlərində
ciddi dəyişiklik edib. Əldə etdiyimiz məlumata görə 300 nömrəli məktəbin
direktoru 1 və 5-ci siniflərin hər birinə 300 manat, 5-ci sinifdən
yuxarı siniflərə isə 500 manat haqq qoyub.
İradə Xəlilovanın hər il yığdığı haqqı bu il birdən birə qaldırması isə
bir çox müəllimlərin narazılığına səbəb olub. "Valideyn komitələri”nin
yaratdıqları "vatçap” qruplarında isə bildirilir ki, direktorun istədiyi
vəsaiti yığıılıb verilməsə, sinif rəhbəri həmin pulu İradə Xəlilovaya
öz əmək haqqısından verməli olacaq.
Qeyd edək ki, İradə Xəlilova 2003-cü il 300 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay