Gündəm
5.03.2024, 09:14
Mehdiabad 1 saylı məktəbin direktoru “valideyn komitə“ləri ilə bacarmır? – Direktordan rüsvayçı elan
Abşeron rayon, Mehdiabad qəsəbəsi 1 saylı məktəbdə "8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığımına start verilib.
Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə məktəbin şagirdlərindən "8 mart”la əlaqədar 40-50 manat toplanılır.
Şagirdlərdən pullar "Valideynlər komitəsi”nin yaratdığı vatsap qruplarında yığılır.
Baş verən rüsvayçı hadisədən məktəb direktoru Pənah Babayevin xəbəri var.
Məktəb direktoru "8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə pul yığımı barədə rəsmi elan verib.
Direktor Pənah Babayev imza və möhürlə təsdiq etdiyi elanda valideynləri "8 mart” münasibətilə pul verməməyə çağırır.
Sosial şəbəkələrdə paylaşılan elan birmənalı qarşılanmayıb.
Bəziləri bu elanı acizlik, bəziləri isə direktorun özünün "sığortalaması” kimi qəbul edib.
Bəzi sosial şəbəkə istifadəçiləri isə Mehdiabad qəsəbəsi 1 saylı
məktəbi direktorun yox, valideynlər komitəsinin idarə etdiyini,
direktorun isə "gözükölgəli” olduğunu bildirir.
Qeyd edək ki, Mehdiabad qəsəbəsi 1 saylı məktəbi Abşeron-Xızı Regional İdarəsinə tabedir.
Abşeron-Xızı Regional İdarəsinin müdiri İlhamə Abdullayevadır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay