Daha bir məktəbdə rüşvət qalmaqalı: “Məcburuq, direktorun ad günüdür…” – SƏS YAZISI

 

 

Şəki 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədovun ad günü münasibətilə kollektivdən pul yığılması ilə bağlı səs yazısı yayılıb.
Müəllimlərin votsap qrupuna göndərilən səsli mesajın məktəbin nəzəriyyə şöbəsinin müdiri Afət Kərimovaya məxsus olduğu bildirilir.

Turantv.AZ-ın məlumatına görə, Bakupost.az -a daxil olan səs yazısında A.Kərimova bildirir ki, direktor Tərlan Məmmədov ona ad günü ilə əlaqədar müəllimlərdən təbrik gözlədiyini deyib.
Şöbə müdirinin sözlərinə görə, direktor müəllimlərin işə gecikməsi, işdən tez çıxması, tabelə qol çəkməməsi, dərsi keyfiyyətli keçməmələri və s. məsələlərə göz yumduğunu, onlardan aylıq "haqq” almadığını, lakin ad günündə təbrik gözlədiyini deyib.
A.Kərimova müəllimlərə xitabən "direktor düz deyir, yazığın heç kimlə işi olmur, aylıq da almır, indi ad günüdür, ildə bir dəfə olur, məcburuq pul yığaq. Biz 60-70 manatdan yığmışıq, müəllimlər də 20 manatdan az olmayaraq pul yığsın”, – deyir.
Şöbə müdiri səs yazısında pulun siyahı əsasında məktəbin İlahə adlı işçisi tərəfindən, 20 manatdan az olmayaraq yığılması barədə göstəriş verir.

Daha bir məktəbdə rüşvət qalmaqalı: `Məcburuq, direktorun ad günüdür...`

Məsələni aydınlaşdırmaq üçün məktəb direktoru Tərlan Məmmədovla əlaqə saxladıq.
Direktor Bakupost.az –a yayılan məlumatları təkzib etdi:
"Bizdə neçə illərdir, belə haqq-hesab yoxdur. Hamısı boş söhbətdir. Ad günü keçirilməyib. 10-15 nəfər sadəcə təbrik edib. Biri mənə bir gül veribsə, bu nə vaxtdan ayıb olub? Heç bir pul yığma halı baş verməyib. İnsan müdürünü təbrik edər də… Şükür, hökumət mənə 999 manat maaş verir. Bununla mən ailəmi də dolandırıram, şəhid ailələri və qazilərə də müəyyən qədər çatdıra bilirəm. Belə yaramaz adamlar işi bulandırmaqdan başqa heç bir işə yaramırlar. 10 ildir ki, məktəb binamız təmir olunmalıdır. Lakin heç bir festivaldan, tədbirdən geri qalmamışıq. İndi də səhər 8-dən ayaq üstəyəm. Tədbirə hazırlaşırıq. Həvəsli idim. Bu xəbərlə qanım qaraldı”.
T. Məmmədov, məktəbdə ümumi qanunsuzluqların olması barədə də danışıb:
"İcazə alanlar dərsdə olmaya bilər. Bizdə 95 faiz işçi qadınlardır. Onların müəyyən ailəvi problemləri olur ki, onları da biz əvəz edirik. İştirak etmirsə, əvəz olunmalıdır”.
A.Kərimova isə Bakupost.az –a açıqlamasında yayılan səs yazısının ona aid olmadığını və məlumatların yalan olduğunu bildirdi:
"Hamısı yalandır. Ağızlarına gələni danışırlar. Həmin şəxs mən deyiləm. Direktora öz aramızda, şöbə müdirləri ilə birlikdə keçirmişik. Tort almışıq. İldə bir dəfə olan bir şeydir. Burada nə var ki? Amma pul yığılmayıb”.

 

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər