Yağlarla bağlı 30 illik təbliğat: Görün necə aldadılmışıq...




Satışda yerli istehsal məhsullarının üstünlük təşkil etdiyi sahələrdən biri də yağ sektorudur. Gündəlik qida rasionumuzda müxtəlif mənşəli yağlardan istifadə etmək sağlamlığımız üçün əsas şərtlərdən biridir. Dünyada səhiyyənin inkişaf etməsinə baxmayaraq, müasir elm bir neçə xəstəliyin qarşısında hələ də acizdir. Bəzi xəstəliklərin yaranma səbəbi qida məhsullarının keyfiyyətsiz olması ilə əlaqələdir. Bu sırada yağlar üstünlük təşkil edir.

Həm bitki, həm də kərə yağlarından istifadə edən böyük bir kütlə var. Dünyada 80-ci illərdə, Azərbaycanda isə 90-cu illərdə bitki yağı ilə bağlı təbliğat başlamışdı. İnsanlara kərə yağının zərərli olduğu, bitki yağının (qarğıdalı, günəbaxan, zeytun yağı) isə orqanizm üçün faydalı olduğu söylənilirdi. Hazırda isə bitki yağlarından çox kərə yağlarının təbliğatı gedir. Maraqlıdır, bu yağlardan hansı sağlamlığımız üçün daha faydalıdır?

Məsələ ilə bağlı Publika.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, burada əsas məsələ reklamdır:

"Hazırda kərə yağının reklamına daha çox rast gəlirik. Bu yağı ölkəyə gətirənlər maddi imkanlarından istifadə edərək daha çox reklam edirlər. Nəzərə almaq lazımdır ki, dədə-baba vaxtından daim kərə yağına üstünlük vermişik. 1990-cı illərdə bitki yağı yenilik kimi gəldi. Daha sonra isə Azərbaycanda bitki yağı istehsalı başladı. Hətta kərə yağı dadı verən bitki yağları da istehsal olunurdu. Buna görə də bitki yağının nə qədər reklam və təbliğatı aparılsa da kərə yağının əhalinin istifadəsində xüsusi yeri var. Bu yağ bizə bir köynək daha yaxındır. Bəzən görürük ki, səhiyyə və tibbi nöqteyi-nəzərdən təbliğatı aparılır”.

Tədqiqatçıların araşdırmasına görə, "zərərli yağlar” hüceyrə membranlarını dağıdaraq məhv edir. Britaniyalı ekspertlər yeməklərin hazırlanmasında istifadə edilən bitki yağlarının ziyanlarını araşdırıb. Nəticələr isə faciəvidir. Xolesterolu azaltdığı deyilən bitki yağları əksinə, piylənmə yaradır, ürək probleminə, ikinci dərəcəli şəkər və xərçəng xəstəliyinə səbəb olur. Odur ki, ekspertlər yemək bişirərkən duru yağ yox, kərə yağından istifadə etməyi məsləhət görür.

Qida üzrə mütəxəssis Ağa Salamov hər iki yağın faydaları haqqında danışıb.

O əlavə edib ki, bitki yağları doymamış, kərə yağı isə doymuş yağdır:

"Doymuş yağların zərərli və zərərsiz olanları da var. Misal üçün, marqarinlər, trans yağlar, fritur yağları zərərlidir, çünki bunlar sanki bir plastik şəklində insan orqanizminə daxil olur. Bu isə qaraciyər piylənməsinə, ürək-qan-damar və mədə-bağırsaq sistemlərinin pozulmasına səbəb olur. Bunun sonu xərçəngdir. Çox vaxt mütəxəssis bunun ziyan olduğunu deyir, amma nə yemək lazım olduğunu söyləmir. Biri palma yağını pisləyir, digəri tərifləyir. Çünki dərindən araşdırma yoxdur.

Palma yağının hidrogenlə doydurulmuş versiyasını 250 dərəcəyə çatdırıb, rəng və qoxusun dəyişib, ona hidrogen püskürdüb və doymuş yağa çevirəndə, rəngləndirici və dadlandırıcılar da əlavə etdikdə, trans yağ olur. Artıq bu yağ ziyandır. Lakin palma yağı kosmetik məhsullarda faydalıdır. İnsan əli ilə hazırlanan yağlar zərərlidir. 25 litr süddən əldə olunan bir kiloluq nehrə yağı faydalıdır, amma onun saxlama şəraiti digəri ilə müqayisədə çox çətindir. Məsəlın, bu trans yağlar aylarla vitrində qalır. Heç böcəklər belə ona yaxınlaşmır. Amma nehrə yağını üç gün saxlaya bilərsiz, sonra isə dondurucuya yerləşdirilməlidir".

Mütəxəssis qeyd edib ki, heyvan mənşəli yağlar olduqca faydalıdır: "Quzu, mal əti tipli ətləri quyruq yağında, balıq və toyuğu kərə yağında bişirmək lazımdır. Bitki yağlarına gəlincə isə onların şahı zeytun yağıdır. Mədə-bağırsaq florası üçün çox faydılıdır. Ürək-qan-damar sisteminin bir nömrəli dostudur. Zeytun yağı ilə hazırlanan salatların da öz xüsusi faydaları var. Ümumiyyətlə, zeytun yağının faydaları tükənməzdir”.

Son xəbərlər

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

İlk dəfə açıqlandı: Bakı və İrəvan arasında birbaşa əlaqə necə yaradılır?

Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Ermənistan iflic olacaq

Astana Bakı-İrəvan danışıqlarına ev sahibliyi edə bilərmi?

Bütün xəbərlər