Bazarlara çıxarılan iri, parlaq və bərk çiyələklər təhlükəlidir? (RƏSMİ CAVAB)



Son günlər bazarlarda iriliyi və gözəl görünüşü ilə piştaxtaları bəzəyən, eləcə də vaxtından əvvəl satışa çıxarılan çiyələklərlə bağlı müxtəlif fikirlər səslənir. Hətta bu çiyələkdən zəhərlənənlərin olduğunu bildirənlər də var. Maraqlıdır, həmin çiyələklərin orqanizmə zərəri varmı? Doğrudanmı bu çiyələklər GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) tərkiblidir?

Beş.az xəbər verir ki, bu barədə Lent.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, xarici ölkələrdən Azərbaycana çoxlu çiyələk növləri gətirilir:

"AİB olaraq bazarda olan məhsulların tərkibində olan nitridlərin miqdarını ölçürük. Yaxın günlərdə də elə monitorinq apararaq, pomidor və çiyələkdə nitridlərin miqdarının normadan ikiqat artıq olduğunu aşkarladıq.

Çiyələyin saxlanma müddətinin çox, görkəminin isə yaxşı olmasına üstünlük verilir. Nəticədə çiyələyin sortu tamamilə dəyişdirilir. Qədim sortları bıçaqla kəsilə, uzun müddət saxlanıla bilən çiyələk sortları əvəzləyir. Bunlar genetik manipulyasiya olunmuş çiyələklərdir ki, onların şitili əsasən İsraildən gətirilir".

E.Hüseynov qeyd edib ki, həmin çiyələk növləri asanlıqla ayırd edilir:

"Onlar bərk, böyük və möhkəm olurlar. Həmçinin bunlar GMO-lu çiyələklərdir ki, onların tez yetişməsi üçün müxtəlif gübrələr verilir.

Sözügedən çiyələklərdən isə az miqdarda yemək tövsiyə olunur, çünki artıq yeyilsə, fəsadları hiss olunaraq zəhərlənməyə gətirib çıxara bilər".

Mövzu ilə əlaqədar sualları cavablayan "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli isə çiyələyin ölkə təsərrüfatına yeni daxil olduğunu deyib:

"Adətən Azərbaycanda çiyələk yetişdirmək ənənəsi olmayıb. Təxminən 10 il əvvəl əsasən Amerikadan hibrid sortlu çiyələklər gətirilib. Hibrid sort o deməkdir ki, yəni, bitkilər çarpazlaşdırılır.

Təxminən 10-15 il əvvəl Amerikadan Virciniya sort çiyələklər ölkəyə gəlib. İqlim şəraitinə görə cənub bölgəsində inkişaf eləməyə başlayıb və respublikanın bir sıra bölgələrinə, xüsusən də şimalda yayılıb. Bunlar hibrid sortu olduğu üçün sənaye üsulu ilə, yəni şitillər vasitəsilə yetişdirilir. Eyni zamanda bunlar yabanı bitki deyil və təbiətdə yetişmir. Bu çiyələklər fevral-mart aylarında əkilir, maydan etibarən isə məhsul verməyə başlayırlar.

Qeyd edim ki, əhalinin gəlir olaraq buna marağı var, həm də bu sahə məşğulluğun yüksəldilməsini təmin edir, çünki çiyələyin 1 ha ərazisində il boyu təxminən 200-ə yaxın insan iş tapa bilir".

Kənd təsərrüfatı üzrə ekspert qeyd edib ki, çiyələklərin iriliyi, parlaqlığı onun GMO-lu olduğu demək deyil:

"Onlar sadəcə hibrid sortdur. Bu sortdan da bütün dünyada taxılçılıqda da, meyvəçilikdə də və s. istifadə edirlər.

Məsələn, bu gün ölkədə meyvə və giləmeyvələrin əkin sahəsi 196 min ha ərazidir. İllik istehsal isə təxminən 954 min tondur. Bu çox ciddi rəqəmdir.

O ki qaldı çiyələklərin iri, parlaq olmasına, bu hibrid sortu olmaları ilə əlaqədardır. Onların gen modifikasiyasına uğraması barədə hansısa elmi məlumat bizdə yoxdur və ölkədə belə bir laboratoriya da yoxdur ki, biz bitkini aparıb genini yoxladaq.

Bundan başqa ölkəyə gen modifikasiyasına uğramış bitkilərin, tinglərin gətirilməsi qadağandır. Bəzi hallarda isə buna cəhd olunur. Məsələn, bir neçə il əvvəl qarğıdalı toxumları gətirilib əkinə tətbiq edilmişdi. Bu hal sübut olunduqdan sonra əkindən həmin məhsullar çıxarıldı".

N.Nəsirli əlavə edib ki, hazırda ölkədə bununla bağlı problem yoxdur:

"Çünki həmin sortlar elə ölkələrdən gəlir ki, onlar sənədləşdirmə işləri aparırlar. Danışılanlar isə sadəcə cəmiyyətdə olan əsassız şübhələrdir.

Çiyələklərin tez xarab olmasına səbəb isə faraş şəkildə yetişdirilməsidir. Faraş şəklində müəyyən temperatur yaradılır ki, məhsul vaxtından əvvəl yetişə bilir.

Zəhərlənmə məsələsinə qaldıqda isə çiyələk, qarpız, bostan məhsullarında kəndçilərimiz bilmədən əkinə normadan artıq dərman, gübrə verirlər. Bu isə insanda mədə-bağırsaq pozğunluğuna, eləcə də zəhərlənməyə gətirib çıxara bilir.

Ümumiyyətlə, son vaxtlar cəmiyyətdə iri, yaxşı görünüşlü hansı məhsul olursa, hamı GMO-dan şübhələnir. GMO-lu məhsul ancaq görünüşlə bilinmir, onun mütləq genini yoxlamaq lazımdır. Bəzən elə GMO-ya uğrayan məhsullar da olur ki, onların həcmi kiçik olur və parlaq olmur. Bu səbəbdən də mütləq gen yoxlanmalıdır".

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər