Bacılar bitki toxumlarından maraqlı əsərlər yaradırlar - Azərbaycanda



Xarici görünüşcə bir-birilərinə bənzədikləri kimi, daxili aləmləri, həyata baxışları, incəsənətə, rəssamlığa olan maraqları da çox oxşardır.

Haqqında bəhs etdiyimiz Dilbər və Şəbnəm İbadova bacıları Ağcabədi rayonunun Hüsülü kəndində yaşayırlar. Onların çəkdikləri rəsmlər, müxtəlif tullantılardan, tumlardan hazırladıqları əsərlər görənlərin marağına səbəb olur. Hazırda Şəbnəm İbadova Ağcabədi İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində uşaq inkişafı mütəxəssisi işləyir. Şəki Dövlət Regional Kollecində musiqi nəzəriyyəsi ixtisası üzrə təhsil alan bacısı Dilbər İbadova da tətil günlərində İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində könüllü olaraq çalışır. Mərkəzdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara rəsm çəkməyi öyrədən bacılar, həm də onların intellektual, fiziki və psixoloji inkişafına dəstək olurlar.

kanal1.az bildirir ki, daha çox karandaşlarla, boyalarla işləyən Dilbər İbadova AZƏRTAC-a müsahibəsində deyib: "Rəssamlıq bizə nəsildən keçib. Ailədə hamı incəsənətlə məşğuldur. Atam həm rəssam, həm də musiqiçidir. İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində çalışmaq mənə zövq verir. Rəsm çəkmək uşaqlara maraqlı gəlir, həvəslidirlər. Rəsm çəkməklə həm beyinləri, həm də əlləri işləyir, inkişaf edir. Daha çox təbiətlə bağlı rəsmlərə üstünlük veririk. Bu da uşaqlara çox yaxşı təsir göstərir. Həm rəsm çəkməyi öyrənirlər, həm də dünyagörüşləri artır".

Şəbnəm İbadova rəsm çəkməyə uşaqlıqdan maraq göstərdiyini deyir: "Kiçik yaşlarımda sadə rəsmlər çəkirdim. Dörd il əvvəl rəsmləri boya ilə çəkməyə, müxtəlif tum və çəyirdəklərdən, tullantılardan istifadə etməklə əl işləri yaratmağa başladım. Əvvəlcə rəsm çəkirəm, sonra tum, çəyirdək, digər toxumlar, qarabaşaq, mərci, buğda, düyü, rəngli kağızlar və sair vasitələrlə üzərində işləyirəm. Taxta, kağız, karton kimi tullantılardan istifadə edərək, güldan, səbət kimi əşyalar da düzəldirəm".

Daha çox vətənpərvərlik, təbiəti vəsf edən mövzular üzərində işləyən bacılar bir çox sərgilərdə, rayon tədbirlərində iştirak ediblər. Əl işlərinin satışına maraqlı olmadıqlarını deyən Şəbnəm və Dilbər İbadova bacılarının ən böyük istəkləri isə tanınmış rəssamlardan dərs almaq və fərdi sərgilərini keçirməkdir.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər