Bu qurumlar sahibkarlara MÜRACİƏT ETDİ
Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara çağırış edib.

Anew.az xəbər verir ki, hazırda dünyada baş verən qlobal iqlim dəyişmələri fonunda yağıntıların azalması, havaların mövsümə uyğun keçməməsi və s. səbəblər bitkilərin vegetativ inkişafına mənfi təsir etməklə yanaşı, qeyri-əlverişli təbii amillərə daha çox davamlılıq qazanmış zərərli orqanizmlərin aktivləşməsinə, onların yayılma arealının və zərərvurma müddətinin uzanmasına və beləliklə də daha çox itkiyə səbəb olur.

Bununla əlaqədar olaraq respublika ərazisində fitosanitar sabitliyin təmin edilməsi üçün kənd təsərrüfatı sahələri, meşə fondu və digər yaşıllıq zonalarında bitki mühafizə tədbirləri də daxil olmaqla kompleks tədbirlərin təşkili məsələlərinin müzakirəsi, zərərli orqanizmlərin ölkədəki təbii bitki örtüyünə və mədəni əkinlərə vurduğu ziyanın və gələcəkdə bu səbəbdən yarana biləcək fitosanitar təhlükənin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi rəhbərlərinin və ekspertlərin iştirakı ilə videoformatda görüş keçirilib.

Görüşdə son illər ölkəyə idxal olunan bir sıra əkin materiallarının (xüsusilə də dekorativ bitkilərin) yerli torpaq-iqlim şəraitinə uyğunlaşmaması, xəstəlik və zərərvericilərə qarşı həssaslığı, quraqlığa qarşı davamsız olması və s. səbəblərdən salınmış yaşıllıqların quruması hallarının qeydə alındığı və vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, zərərli orqanizmlərin sürətlə artması və yayılması nəticəsində bitki örtüyünə, əsasən də meşələrə çox ciddi zərər dəyə biləcəyi vurğulanıb. Həmçinin bitkilərin zərərli orqanizmlərdən mühafizəsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinin zəruriliyi, idxal olunan bitkiçilik, xüsusən əkin materiallarında zərərsizləşdirmə tədbirlərinin gücləndirilməsi, sahələrdə bitki mübarizə tədbirlərinin görülməsi məqsədilə birgə fəaliyyətin təşkili və monitorinqlərin keçirilməsi məsələləri müzakirə olunub.

Qeyd olunub ki, sahibkarlar tərəfindən Azərbaycana gətirilən əkin materialları reyestrdə qeydiyyatda olmalı, rayonlaşdırıldığı ərazilərdə mütəxəssis nəzarəti altında əkilməli və düzgün aqrotexniki qulluq işləri təmin edilməlidir.

Sonda ETSN, KTN, AQTA və AMEA-nın mütəxəssislərindən ibarət İşçi Qrupun yaradılması qərara alınıb. Eyni zamanda bitkiçilik məhsullarının idxalı, ixracı, daşınması, yetişdirilməsi və saxlanması ilə məşğul olan bütün sahibkarlıq subyektlərinə müraciət olunaraq, onlar zərərvericilərlə mübarizə tədbirlərini daha effektiv üsullarla həyata keçirməyə çağırılıb və bu işdə onlara mütəmadi olaraq peşəkar mütəxəssislər tərəfindən zəruri metodiki köməkliyin göstəriləcəyi bildirilib.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər