Son günlər marketlərdə şəkər tozuna az rast gəlinir.

 BU NƏDİ BELƏ:
 
Satışda olanların da yerli deyil, xaricdən idxal olunduğu bildirilir. Eyni zamanda, yerli istehsal olan şəkər tozunun qiymətində də artım var. Belə fikirlər səslənir ki, marketləri şəkər tozu ilə təmin edən "Azərsun Holdinq” şirkəti artıq satışa adıçəkilən məhsulu vermir və səbəbi də gözlənilən bahalaşma ilə bağlıdır. Yəni şəkər tozunun daha baha qiymətə təqdim etməyi nəzərdə tutur.

Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsi 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı. Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.

Yeri gəlmişkən, yay mövsümü ilə əlaqədar şəkər tozuna tələbat daha da artmasına baxmayaraq marketlərin piştaxtaları boşdur. Onu da vurğulayaq ki, yaranmış problemlə bağlı millət vəkili Razi Nurullayev də öz etirazını bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanda şəkər və şəkər tozu istehsal olunur və bu, tam yerli məhsuldur:

"Bu məhsulun qiymətinin artırılması ilə bağlı məsələ də məntiqə uyğun olmalıdır. Əsaslandırılmalıdır ki, qiymət nə üçün artacaq? Doğrudan da şəkər tozu qiymət artırılacaq deyə mağazalardan yığışdırılırsa, bu, qanunsuz hərəkətdir. Birincisi, hələ qiymət artmayıb. Artmadığına görə məhsulu bəribaşdan saxlayıb qıtlıq yaratmaq, sonra onu baha qiymətə satmaq birbaşa insanların cibinə girməkdir, onların sosial vəziyyətlərini daha da ağırlaşdırmaqdır. Ümid edirəm, "Azərsun” bu məsələyə aydınlıq gətirər, məlumat yayar. Şəkər tozu qıtlığının yaranma səbəbini bilərik. Əgər bahalaşmaya görə belə hal yaranıbsa, bu qəbuledilməzdir”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə məsələ ilə bağlı paylaşım edib:

"Böyük supermarketlərdə artıq 4 gündür ki, şəkər tozu tapılmır. Böyük market sahibləri Azərbaycan bazarında qida təminatçısı olan "Azərsun”un şəkər tozu ilə marketləri təmin etmədiyini, bunun əsas səbəbi kimi də nəzərdə tutulan qiymət artımının olduğunu bildirirlər. Heç şübhəsiz ki, şəkər tozunu qiymət artırılacaq deyə mağazalardan yığışdırmaq qanunsuz hərəkət olmaqla yanaşı, həm də Azərbaycanda qida təminatının monopolyada olmasının açıq göstəricisidir. Anlamaq çətindir ki, nə səbəbdən digər iş adamlarına ölkəyə şəkər tozu gətirmək nə səbəbdən mümkünsüzə çevrilib. Heç kimə sirr deyil ki, yay aylarında Azərbaycan xanımları müxtəlif bağlamalar edir, qış üçün hazırlıqlar görür. Belə bir lazımı vaxtda şəkər tozunu mağazalara paylamamaq, qiymətinin artımını nəzərdə tutmaq dövlətə qarşı sabotaj deyil, nədir?! Niyə, nə səbəbdən qida sənayesində inhisara qarşı mübarizə aparılmır? Yay olmasına baxmayaraq, ölkədə qiymət artımı tüğyan edirsə, bizi qışda nə gözləyir? Hər kəs bilsin ki, belə həssas bir məqamda süni qiymət artımı təşkil etmək dövlətə xəyanətdir! Hesab edirəm ki, dünyada qida böhranının başlaması gözlənildiyi bir zamanda, qida böhranı başlamamış süni "böhran” yaratmaq istəyən şəxslər barəsində ən ciddi tədbirlər görülməlidir. "Böhran öncəsi böhran” yaradaraq bundan faydalanmaq istəyən işbazların əməlinə hüquqi qiymət verilməsi artıq zərurətə çevrilib!"

"Azərsun Holdinq”in şəkər tozunun qiymətini artırmaq məqsədilə marketlərə məhsulun verilməsini məhdudlaşdırması nə dərəcədə doğrudur?

Yaranmış problemlə bağlı Cebhe.info "Azərsun Holdinq”ə artıq bir neçə gündür sorğu göndərsə də, qurumdan heç bir cavab ala bilmədik. Hər dəfəsində sualın cavablandırılacağı deyilsə də, cavab təqdim olunmadı. Görünür, qurum susmaqla, yayılan məlumatların doğru olduğunu təsdiqləyir.
Cebhe.info

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər